Qatlana bilən qapaqlı Huawei nova Flip təqdim edilib - QİYMƏTİ
Cihazlar+
06.08.2024
Emil Nəcəfov
Huawei şirkəti özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Sözügedən smartfon Huawei nova Flip adlanır. Huawei nova Flip böyük ölçülü daxili ekranı, kvadrat formalı xarici ekranı edib. Beləliklə bu yeni smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2690x1136 piksel keyfiyyətli 6.94 düym ölçülü daxili OLED ekranla və 60 Hz-lik təsvir yenilənməsinə sahib 480x480 piksel keyfiyyətli 2.14 düym ölçülü xarici OLED ekranla təchiz olunub.
Smartfonun qatlanmış vəziyyətdə qalınlığı 15.08 mm, tam açıq vəziyyətdə qalınlığı isə 6.88 mm təşkil edir. Onun çəkisi 195 qramm-dır. Xarici ekranda hava şəraiti və musiqi playeri kimi tətbiqləri işə salmaq və onu arxa kameralardan görüntünü əks etdirən komponent kimi istifadə etmək olar. Huawei nova Flip smartfonu 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Smartfonun hansı prosessor vasitəsilə çalışdığı və hansı həcmdə RAM yaddaşını əldə etdiyi məlum deyil. Lakin güman olunur ki, smartfon Kirin 8000 prosessoru vasitəsilə çalışır.
Kameralar mövzusunda Huawei nova Flip 50 MP + 8 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Huawei nova Flip 10 avqust tarixində Çində satışa çıxacaq. Onun 256 GB yaddaşa sahib versiyası 744$-a, 512 GB yaddaşa sahib versiyası 798$-a, 1 TB yaddaşa sahib versiyası isə 911$-a satılacaq. Huawei nova Flip-in qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimatdan öncə Huawei nova Flip smartfonu Geekbench testlərindən keçib
Təqdimatdan öncə Huawei nova Flip smartfonu Geekbench testlərindən keçib
Huawei artıq bu gün özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonu nova Flip-i təqdim edəcək.
HUAWEI MateBook GT 14 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
HUAWEI MateBook GT 14 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti Çində HUAWEI MateBook GT 14 adlı ilk gaming noutbukunu təqdim edib. Şirkətin ilk gaming noutbuku bazarda olan digər istehsalçıların gaming noutbuklarından bir qədər fərqlənir.
Qatlana bilən qapaqlı Huawei nova Flip-in yeni fotoları ortaya çıxıb
Qatlana bilən qapaqlı Huawei nova Flip-in yeni fotoları ortaya çıxıb
Huawei dünən özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonu olacaq Huawei nova Flip-in təqdimatını anons etdi.
Huawei yeni MatePad planşetlərinin təqdimatlarını anons edib
Huawei yeni MatePad planşetlərinin təqdimatlarını anons edib
Huawei şirkəti iki yeni planşetinin təqdimatını anons edib. Söhbət, yeni Huawei MatePad Pro və MatePad Air planşetlərindən gedir.
Huawei nova Flip smaerfonunun təqdimatı anons edilib
Huawei nova Flip smaerfonunun təqdimatı anons edilib
Huawei şirkəti özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonunun xarici görünüşünü sərgiləyəndən sonra onun təqdimatını anons edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!