Təqdimatdan öncə Huawei nova Flip smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
05.08.2024
Emil Nəcəfov
Huawei artıq bu gün özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonu nova Flip-i təqdim edəcək. Təqdimatdan öncə məlum olub ki, bu smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində nova Flip barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən nova Flip smartfonu Kirin 8000 prosessoru vasitəsilə çalışacaq. Orta səviyyəli olan bu prosessor 8 nüvəlidir.
O özündə 2.40 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A77 nüvəsini, 2.19 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A77 nüvəsini və 1.84 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir. Prosessorun qrafik imkanlarından isə Arm Mali-G610 qrafik çipi cavabdehdir. Geekbench testlərindən Huawei nova Flip-in 12 GB RAM-a sahib versiyası keçib. Smartfon böyük ehtimal ilə HarmonyOS əməliyyat sistemini əldə edəcək. Geekbench sadəcə olaraq onu səhvən Android 12 kimi identifikasiya edib. Beləliklə Huawei nova Flip smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 1000 xal, çox nüvəli testi çərçivəsində isə 2419 xal toplayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
HUAWEI MateBook GT 14 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
HUAWEI MateBook GT 14 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti Çində HUAWEI MateBook GT 14 adlı ilk gaming noutbukunu təqdim edib. Şirkətin ilk gaming noutbuku bazarda olan digər istehsalçıların gaming noutbuklarından bir qədər fərqlənir.
Qatlana bilən qapaqlı Huawei nova Flip-in yeni fotoları ortaya çıxıb
Qatlana bilən qapaqlı Huawei nova Flip-in yeni fotoları ortaya çıxıb
Huawei dünən özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonu olacaq Huawei nova Flip-in təqdimatını anons etdi.
Huawei yeni MatePad planşetlərinin təqdimatlarını anons edib
Huawei yeni MatePad planşetlərinin təqdimatlarını anons edib
Huawei şirkəti iki yeni planşetinin təqdimatını anons edib. Söhbət, yeni Huawei MatePad Pro və MatePad Air planşetlərindən gedir.
Huawei nova Flip smaerfonunun təqdimatı anons edilib
Huawei nova Flip smaerfonunun təqdimatı anons edilib
Huawei şirkəti özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonunun xarici görünüşünü sərgiləyəndən sonra onun təqdimatını anons edib.
Huawei nova Flip-in bəzi texniki imkanları və qiyməti açıqlanıb
Huawei nova Flip-in bəzi texniki imkanları və qiyməti açıqlanıb
Huawei şirkəti özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonunun xarici görünüşünü artıq sərgiləyib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!