main-post-cover

    Google XR eynəyi Samsung-un məhsulu kimi satışa çıxacaq

    Cihazlar+
    14.04.2025
    Emil Nəcəfov
         Keçən həftə Google şirkətinin Android XR əməliyyat sistemi əsasında hazırlanmış genişləndirilmiş reallıq (XR) eynəyinin prototipi sərgiləndi. Bu əməliyyat sistemi özündə süni zəkanı, artırılmış virtual reallığı (AR/VR), həmçinin genişləndirilmiş reallıq (XR) cihazları ilə qarşılıqlı əlaqəni birləşdirir. İndi məlum olub ki, Google şirkətinin sərgilənmiş XR eynəyinin prototipi cihaz gələn il Samsung şirkətinin məhsulu kimi bazara çıxarılacaq. Daha əvvəl gözlənilirdi ki, eynək artıq bu il satışa çıxacaq.
         Eynək prototipi TED2025 konfransında Google-un vitse-prezidenti və Android XR bölməsinin rəhbəri Shahram Izadi tərəfindən təqdim sərgilənib. Bununla belə, Google bu məhsulu geniş istehlak bazarına çıxarmaq niyyəti barədə rəsmi açıqlama verməmişdi. İndi isə məlum olub ki, eynək satışa çıxarılacaq və Samsung brendi altında təqdim olunacaq.
         Korea Economic Daily nəşrinin məlumatına görə, Google-un sərgiləmiş olduğu prototip və gələcəkdə Samsung tərəfindən satışa çıxarılacaq eynək əslində eyni cihazdır və gələn il bazara təqdim ediləcək. “İki texnologiya şirkəti birlikdə yeni ağıllı eynəyin hazırlanması üzərində çalışır və bu eynəyin gələn il satışa çıxarılması planlaşdırılır” - deyə məlumatlı mənbəyə istinadən jurnalistlərin xəbərində bildirilir. Həmçinin qeyd olunur ki, hər iki şirkət ötən ilin dekabr ayında Nyu-Yorkdakı Google kampusunda keçirilmiş XR Unlock tədbirində hazırlanmaqda olan ağıllı eynəyin görüntülərini təqdim edib.
    Mənbə: 9to5google
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel Watch 4 smart saatının ilk render fotoları təqdim edilib
    google-pixel-watch-4-smart-saatinin-ilk-render-fotolari-teqdim-edilib
    Google şirkətinin genişləndirilmiş reallıq (XR) eynəyinin prototipi sərgilənib
    google-sirketinin-genislendirilmis-realliq-xr-eyneyinin-prototipi-sergilenib
    Süni zəka əsaslı Google Gemini Code Assist köməkçisinə yeni imkanlar əlavə edilib
    suni-zeka-esasli-google-gemini-code-assist-komekcisine-yeni-imkanlar-elave-edilib
    Google məntiq yürüdə bilən Gemini 2.5 Flash süni zəka modelini təqdim edib
    google-mentiq-yurude-bilen-gemini-25-flash-suni-zeka-modelini-teqdim-edib
    Google videolar üçün Vertex AI Studio adlı süni zəka alətləri platformasını təqdim edib
    google-videolar-ucun-vertex-ai-studio-adli-suni-zeka-aletleri-platformasini-teqdim-edib