main-post-cover

    Google Pixel Watch 4 smart saatının ilk render fotoları təqdim edilib

    Cihazlar+
    11.04.2025
    Emil Nəcəfov
         OnLeaks ləqəbli məşhur insayder 91mobiles saytı ilə birgə Google Pixel Watch 4 smart saatının ilk render fotolarını təqdim edib. Render fotolardan da görmək olar ki, vizual olaraq bu cihaz Pixel Watch 3-ü xatırladır - dairəvi ekran və əyri şüşə qorunur, lakin ekran daha incə çərçivələrə sahibdir, bu da ekranın istifadə edilə bilən sahəsini artıracaq. Saatın gövdəsi bir qədər qalın olacaq - əvvəlki modeldə 12.3 mm olan qalınlıq bu dəfə 14.3 mm-ə qədər artacaq. Bu, yəqin ki, daha böyük batareya və ya yeni komponentlərlə əlaqədardır.
         Arxa paneldə artıq əvvəlki kimi dörd şarj kontaktı yoxdur, bu da induksiyalı (naqilsiz) şarj texnologiyasına keçidi göstərir. Gövdənin sol tərəfində daha böyük səsgücləndirici və mikrofon dəliyi yerləşdirilib, iki əlavə düymə də əlavə olunub - onların funksiyaları hələ məlum deyil. Sağ tərəfdə isə naviqasiya düyməsi əvvəlki kimi qalıb. Gözlənilir ki, Pixel Watch 4 smart saatı WearOS 5 əməliyyat sistemi və Snapdragon W5 Gen 2 prosessoru ilə çalışacaq. Yeni modelin təqdimatının bu yay, Pixel 10 smartfon seriyası ilə eyni vaxtda baş tutacağı ehtimal olunur.
    Mənbə: 91mobiles
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google şirkətinin genişləndirilmiş reallıq (XR) eynəyinin prototipi sərgilənib
    google-sirketinin-genislendirilmis-realliq-xr-eyneyinin-prototipi-sergilenib
    Süni zəka əsaslı Google Gemini Code Assist köməkçisinə yeni imkanlar əlavə edilib
    suni-zeka-esasli-google-gemini-code-assist-komekcisine-yeni-imkanlar-elave-edilib
    Google məntiq yürüdə bilən Gemini 2.5 Flash süni zəka modelini təqdim edib
    google-mentiq-yurude-bilen-gemini-25-flash-suni-zeka-modelini-teqdim-edib
    Google videolar üçün Vertex AI Studio adlı süni zəka alətləri platformasını təqdim edib
    google-videolar-ucun-vertex-ai-studio-adli-suni-zeka-aletleri-platformasini-teqdim-edib
    Google bəzi süni zəka mütəxəssislərinə digər şirkətlərə keçməmələri üçün ödəniş edir
    google-bezi-suni-zeka-mutexessislerine-diger-sirketlere-kecmemeleri-ucun-odenis-edir