main-post-cover

    Google videolar üçün Vertex AI Studio adlı süni zəka alətləri platformasını təqdim edib

    Proqram Təminatı
    09.04.2025
    Emil Nəcəfov
         Google şirkəti Vertex AI Media Studio adlı yeni xidmətin istifadəyə verildiyini elan edib - bu, istifadəçilərə mətn formatında təsvirlərə əsaslanaraq video yaratmağa imkan verən süni zəka alətləri toplusudur. Xidmət Vertex AI platforması əsasında qurulub və video istehsalının bütün mərhələlərini - vizual effektlər, səsləndirmə və fon musiqisini əhatə edən - bir neçə qabaqcıl süni zəka modelini bir araya gətirir. Bu proses istifadəçilərdən nə video montajı, nə də proqramlaşdırma bilikləri tələb etmir. İstifadəçilərə prosesi süni zəka generatoru olan Imagen 3 vasitəsilə təsvir yaratmaqla başlamaq təklif olunur.
         Daha sonra əldə olunan təsviri Veo 2 alqoritmi ilə videoya çevirmək mümkündür - bu alqoritm müxtəlif parametrlərin tənzimlənməsi imkanını da təqdim edir. Google-un məlumatına görə, Veo istifadəçiyə kamera hərəkətinin növünü seçməyə imkan verir - məsələn, dron çəkilişi və ya panorama - eləcə də kadr tezliyini və video müddətini tənzimləmək olur. Əgər alqoritm videoya artıq elementlər əlavə edərsə, onları Magic Eraser aləti ilə asanlıqla silmək mümkündür.
         Vizual effektlər üzərində iş başa çatdıqdan sonra istifadəçiyə səhnəarxası səsləndirmə yaratmaq üçün Chirp adlı süni zəka əsaslı səs sintezatorundan istifadə etmək təklif olunur. Son mərhələdə isə DeepMindYouTube-un birgə yaratdığı Lyria adlı süni zəka modeli videoya fon musiqisinin generasiyasında kömək edir. Nəzəri olaraq prosesin sonunda əldə olunan video nə kadrdakı görüntülər, nə də səsləndirmə baxımından peşəkar işdən geri qalmayan, yayıma tam hazır bir məhsul olur. Bütün bunları istifadəçi tək bir platforma - Vertex AI Studio xidməti vasitəsilə yarada bilər. Bu da əslində Gemini süni zəka modelinin ən yeni versiyalarının test edildiyi eyni xidmətdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google bəzi süni zəka mütəxəssislərinə digər şirkətlərə keçməmələri üçün ödəniş edir
    google-bezi-suni-zeka-mutexessislerine-diger-sirketlere-kecmemeleri-ucun-odenis-edir
    ChatGPT süni zəka əsaslı ən məşhur çat-bot olaraq qalır
    chatgpt-suni-zeka-esasli-en-meshur-cat-bot-olaraq-qalir
    Qatlana bilən Google Pixel 10 Pro Fold-un ilk render fotoları təqdim edilib
    qatlana-bilen-google-pixel-10-pro-fold-un-ilk-render-fotolari-teqdim-edilib
    Google Play Market-də bu il yeni təhlükəsizlik tədbirləri reallaşdırılacaq
    google-play-market-de-bu-il-yeni-tehlukesizlik-tedbirleri-reallasdirilacaq
    Google Gemini 2.5 Pro süni zəka modeli təqdim edilib
    google-gemini-25-pro-suni-zeka-modeli-teqdim-edilib