
Apple-ın ChatGPT analoqu gözlənildiyindən daha tez istifadəyə verilə bilər
Proqram Təminatı
08.09.2025
Emil Nəcəfov
Apple şirkəti axtarış və cavabların generasiyası üçün özünün generativ süni intellekt sistemini hazırlayır və o, artıq 6 ay ərzində yenilənmiş Siri versiyasının tərkibində debüt edə bilər. Məşhur insayder Mark Gurman-ın verdiyi məlumata görə, şirkət daxilində World Knowledge Answers (WKA) kod adı ilə tanınan yeni alət Perplexity və ChatGPT-yə rəqib kimi yaradılır. İlkin mərhələdə funksiya yalnız yenidən işlənmiş Siri interfeysi vasitəsilə əlçatan olacaq, lakin gələcəkdə Safari brauzerinə və Spotlight axtarış sisteminə də inteqrasiya edilə bilər. Bununla yanaşı, Apple daxilində süni intellekt texnologiyasının sınaqları davam edir və bu prosesdə müəyyən ediləcək ki, yeni nəsil Siri-nin əsasını şirkətin özünün süni intellekt alqoritmləri təşkil edəcək, yoxsa Google, Anthropic və ya OpenAI kimi xarici tərəfdaşların texnologiyaları. Məhsulun hazırlanmasına cəmi bir neçə ay əvvəl başlanmasına baxmayaraq, tərəfdaş seçimi yeni Siri-nin WKA sistemində işə salınma vaxtına təsir etməyəcək. Böyük ehtimalla, bu, 2026-cı ilin mart ayında baş verəcək.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib

Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib
ABŞ prezidenti Donald Trump keçən həftənin cümə günü bəyan edib ki, Google və Apple kimi ABŞ texnologiya şirkətlərinə Avropa tərəfindən tətbiq olunan diskriminasiya cərimələri ləğv etmək məqsədilə ticarət araşdırmasına başlamağı planlaşdırır.
Texnoloji sahənin liderlərinin ümumi bazar dəyəri 21 trilyon dollara çatıb

Texnoloji sahənin liderlərinin ümumi bazar dəyəri 21 trilyon dollara çatıb
Google-un antiinhisar işi üzrə məhkəmə qərarı Alphabet və Apple səhmlərinin kəskin artmasına səbəb olub. Broadcom isə 10 milyard dollarlıq yeni müştəri qazanıb.
Apple Siri-yə süni intellekt əsaslı axtarışı inteqrasiya edəcək

Apple Siri-yə süni intellekt əsaslı axtarışı inteqrasiya edəcək
Apple şirkəti süni intellektin inkişafındakı mövcud tendensiyaları nəzərə alaraq bütün proqram təminatlarının funksional imkanlarını təkmilləşdirməli olur, lakin bunun üçün hər zaman öz resursları kifayət etmir.
Google ilə Apple arasındakı milyardlarla dollar dəyərindəki müqavilə məhkəmədə bir söz sayəsində xilas edilib

Google ilə Apple arasındakı milyardlarla dollar dəyərindəki müqavilə məhkəmədə bir söz sayəsində xilas edilib
Artıq 1 ildən çoxdur ki, Google və Apple arasında bağlanacaq mümkün müqaviləyə məhkəmə qadağası ilə bağlı mübahisələr gedir. Həmin müqaviləyə əsasən, İT nəhəngi hər il iPhone istehsalçısına Safari brauzerində şirkətin axtarış sistemini standart olaraq istifadə etməsi üçün milyardlarla dollar ödəyir.
Məşhur analitik Apple Vision Air barəsində bəzi təfərrüatları təqdim edib

Məşhur analitik Apple Vision Air barəsində bəzi təfərrüatları təqdim edib
Apple Vision Pro cihazını məşhurlaşdırmaq cəhdlərindən imtina etmir. Hazırda bu məhsul həddindən artıq yüksək - 3500$-lıq qiyməti və aydın olmayan təyinatı səbəbindən uğursuz hesab olunur.
Həftənin xəbərləri

