WhatsApp-da iranlı hakerlərin hesabları bloklanıb
Təhlükəsizlik
26.08.2024
Emil Nəcəfov
Meta şirkəti rəsmi şəkildə bildirib ki, o, WhatsApp-da iranlı hakerlər tərəfindən istifadə edilmiş hesabları bloklayıb. Məlumata əsasən iranlı hakerlər WhatsApp-dakı hesabları fişinq (phishing) növlü kiberhücumların reallaşdırılmasında istifadə ediblər. Hakerlər WhatsApp-dakı hesablardan istifadə edərək özlərini AOL, Yahoo, Google və Microsoft kimi məşhur şirkətlərin texniki dəstək xidmətlərinin əməkdaşları qismində qələmə veriblər. Onların fişinq növlü kiberhücumları İsrail, Fələstin, İran, ABŞ və Böyük Britaniyadakı şəxslərə istiqamətlənib.
Bununla belə kiberhücumların qurbanları qismində həmçinin prezident kampaniyalarında iştirak edən siyasi xadimlər də seçilib. Meta şirkəti öz növbəsində bildirib ki, hakerlərin bu cəhdləri boşa çıxıb. Belə ki, şirkət uğurlu kiberhücuma dair bir sübut aşkar etməyib. Şirkət həmçinin bildirib ki, kiberhücumlar o cümlədən dövlət orqanlarına və şirkətlərinə qarşı da reallaşdırılıb. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Google şirkəti APT42 adlı haker qruplaşması tərəfindən ABŞ-ın yüksək vəzifəli şəxslərinə qarşı edilmiş uğursuz kiberhücum cəhdlərini təyin etmişdi. Siyahıda hətta Joe Biden və Donald Trump kimi şəxslər də var idi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hakerlər iOS və Android-in təhlükəsizlik sistemlərindən veb tətbiqlər vasitəsilə yan keçməyi öyrəniblər
Hakerlər iOS və Android-in təhlükəsizlik sistemlərindən veb tətbiqlər vasitəsilə yan keçməyi öyrəniblər
Fişinq (phishing) məqsədli dələduzluq sxemlərini hazırlayanlar özəl məlumatların oğurlanması üçün nəzərdə tutulmuş tətbiqlərlə mübarizəyə istiqamətlənmiş mexanizmlərdən yan keçməyi öyrəniblər.
Hakerlər, Windows-a sızmağın tamamilə yeni bir yolunu tapıblar!
Hakerlər, Windows-a sızmağın tamamilə yeni bir yolunu tapıblar!
Tayvanda bir universitet, əvvəllər sənədləşdirilməmiş Windows arxa qapısından istifadə edərək mürəkkəb kiberhücuma məruz qalıb. Hücumda istifadə edilən üsul və hakerlər tərəfindən aşkar edilən zəiflik bütün kibertəhlükəsizlik mütəxəssislərini təşvişə salıb.
WhatsApp bilinməyən hesablardan olan mesajları avtomatik bloklaya biləcək
WhatsApp bilinməyən hesablardan olan mesajları avtomatik bloklaya biləcək
WhatsApp tərtibatçıları messencer üçün yeni faydalı funksiya üzərində çalışırlar.
TP-Link şirkəti ABŞ dövlət strukturlarına edilmiş kiberhücumlarda iştirakda şübhəli bilinir
TP-Link şirkəti ABŞ dövlət strukturlarına edilmiş kiberhücumlarda iştirakda şübhəli bilinir
ABŞ qanunvericiləri Çinin TP-Link şirkəti ilə bağlı araşdırmanın aparılmasını tələb ediblər.
WhatsApp-a Giphy servisinin dəstəyi əlavə edilib
WhatsApp-a Giphy servisinin dəstəyi əlavə edilib
WhatsApp tərtibatçıları messencerə yeni funksiyaları əlavə etməkdə davam edirlər. Məlum olub ki, messencerin yeni versiyası Giphy servisinin inteqrasiyası imkanını əldə edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!