TP-Link şirkəti ABŞ dövlət strukturlarına edilmiş kiberhücumlarda iştirakda şübhəli bilinir
Təhlükəsizlik
16.08.2024
Emil Nəcəfov
ABŞ qanunvericiləri Çinin TP-Link şirkəti ilə bağlı araşdırmanın aparılmasını tələb ediblər. Qeyd etmək lazımdır ki, TP-Link şirkəti dünyanın ən böyük Wi-Fi router istehsalçılarından biridir. Şirkət öz növbəsində ABŞ dövlət qurumlarına və müəssisələrinə edilən kiberhücumlarda iştirak etməkdə şübhəli bilinir. ABŞ-ın Respublikaçılar partiyasının üzvü John Moolenaar və Demokratlar partiyasının üzvü Raja Krishnamoorthi, Nümayəndələr Palatasının Çin üzrə Xüsusi Komitəsinə rəhbərlik edirlər. Onlar TP-Link şirkəti ilə bağlı araşdırma xahişini özündə əks etdirən məktubu ABŞ Ticarət Nazirliyinə göndəriblər.
Göndərilmiş məktubda amerikalı konqresmenlər TP-Link sistemində mövcud boşluqları və Avropa ölkələrindən olmuş dövlətə məmurlarına istiqamətlənmiş kiberhücumlarda şirkətin routerlərindən istifadə hallarını qeyd ediblər. “Biz, nazirlikdən Çin ilə bağlı olan routerlərdən olan təhlükələrin araşdırılmasını istəyirik. Əsasən də TP-Link kimi böyük şirkətləri” - deyə məktubda qeyd edilib. Nazirlik isə öz növbəsində bildirib ki, o bu məsələni araşdıracaq və araşdırmanın nəticələrini təqdim edəcək. Çinin ABŞ-dakı səfirliyi bildirib ki, o, ABŞ hökumətinin əsassız ehtimallara və ittihamlara deyil, kiberhücumlar zamanı təyin ediləcək sübutlara əsaslanacağına ümid edir. TP-Link isə bu məsələ ilə bağlı heç bir fikir bildirməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google smartfonlarda 2G şəbəkəsinin deaktiv edilməsini məsləhət görür
Google smartfonlarda 2G şəbəkəsinin deaktiv edilməsini məsləhət görür
Google şirkəti Android smartfonların istifadəçilərinə öz cihazlarında 2G şəbəkəsini deaktiv etməyi məsləhət görüb. Bu, aşağı səviyyəli təhlükəsizlik ilə bağlıdır.
Android cihazlarınızdan pulunuzu oğurlayan zərərli proqram aşkarlanıb!
Android cihazlarınızdan pulunuzu oğurlayan zərərli proqram aşkarlanıb!
Bu yaxınlarda aşkar edilmiş yeni Android zərərli proqramı, istifadəçilərin pullarını oğurlayır və onların cihazlarında olan bütün məlumatları silir. Cleafy Labs tədqiqatçıları, may ayında BingoMod adlı bu uzaqdan idarəetmə alətini (RAT) təhlil ediblər.
Süni zəka HDMI naqilin şüalanması vasitəsilə monitor ekranından məlumatları oğurlamağı öyrənib
Süni zəka HDMI naqilin şüalanması vasitəsilə monitor ekranından məlumatları oğurlamağı öyrənib
Aparılmış yeni tədqiqat onu göstərib ki, hakerlər süni zəkadan istifadə edərək kompüter və monitoru bir-birinə birləşdirən naqildən yayılan elektromaqnit şüalanmasını deşifrələyə və beləliklə monitorda əks olunan məlumatları oğurlaya bilərlər.
Telegram-ın Android versiyasında ciddi boşluq aşkar edilib
Telegram-ın Android versiyasında ciddi boşluq aşkar edilib
ESET şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri bir neçə müddət bundan öncə Telegram-da aşkar edilmiş ciddi boşluq barəsində məlumat veriblər.
Daha bir Bitcoin birjası sındırılaraq 235 milyon dollar oğurlanıb!
Daha bir Bitcoin birjası sındırılaraq 235 milyon dollar oğurlanıb!
Bu il kriptovalyuta dünyasından ikinci böyük kiberhücum xəbəri gəlib. Hindistanın ən böyük birjalarından biri olan WazirX, hücumçulara 235 milyon dollar itirib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ