
Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı müvəffəqiyyətlə başa çatdı
Digər
10.09.2025
Emil Nəcəfov
31 avqust - 5 sentyabr 2025-ci il tarixlərində Azercell-in telekommunikasiya tərəfdaşlığı ilə 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı keçirilib.
Bakı şəhərində təşkil olunan Dünya Finalı 70 ölkəni təmsil edən 140 universitet komandasını bir araya gətirib. Final mərhələsində iştirakçılar mürəkkəb tapşırıqları həll edərək proqramlaşdırma bacarıqlarını, alqoritmik düşünmə qabiliyyətlərini və komanda işini nümayiş etdiriblər.
Azercell tədbirdən öncə və final mərhələsində ICPC Fondunun təşkilati komandasını fasiləsiz və etibarlı rabitə ilə təmin edərək dayanıqlı və səmərəli telekommunikasiya infrastrukturunun qurulmasına dəstək göstərib. Tədbir çərçivəsində Bakı Konqres Mərkəzində təşkil olunan sərgidə iştirakçılar və qonaqlar beynəlxalq texnologiya şirkətləri ilə yanaşı, Azercell-in də innovativ həlləri ilə tanış olublar.
Müsabiqə “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə reallaşıb.
Qeyd edək ki, Azercell gənclərin İT bacarıqlarının artırılmasını və onların peşəkar kadr kimi formalaşmasını dəstəkləməklə informasiya texnologiyaları və proqramlaşdırma sahəsinin inkişafına töhfə verir. Belə ki, 2017-ci ildən etibarən şirkət Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində məktəblilərin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu müddət ərzində Azərbaycanın paytaxt və bölgə məktəblərində təhsil alan şagirdlər müxtəlif proqramlaşdırma müsabiqələrində iştirak edərək 100-dən çox medal qazanıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Məktəblilərimiz üç bürünc medalla vətənə dönüblər
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi

Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
Mobil operator həssas qruplar arasında rəqəmsal savadlılığın artırılması istiqamətində fəaliyyətini davam etdirir
akart iki beynəlxalq mükafata layiq görüldü

akart iki beynəlxalq mükafata layiq görüldü
Azərbaycan Respublikasının Mərkəzi Bankının 001 nömrəli lisenziyası ilə fəaliyyət göstərən A-Solutions Elektron Pul Təşkilatı MMC beynəlxalq səviyyədə nailiyyət əldə edib. İnnovativ maliyyə həlli olan akart nüfuzlu International Finance Awards çərçivəsində “Ən Yaxşı Yeni Təmassız Elektron Pulqabı” və “Ən İnnovativ Yeni Virtual Kart Fintex Həlli” nominasiyalarında qalib seçilib.
Azercell qadınlara növbəti dəstək proqramına start verir

Azercell qadınlara növbəti dəstək proqramına start verir
Mobil operator sosial layihə təkliflərini qəbul edir
Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir
Həyata keçirilən layihələr nəticəsində əhəmiyyətli enerji qənaətinə nail olunub
Həftənin xəbərləri

