main-post-cover

    Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

    Digər
    05.09.2025
    Emil Nəcəfov
        29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində keçirilən 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI) azərbaycanlı məktəblilər uğurlu nəticələr əldə ediblər. Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Fateh Əhmədzadə, Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədov və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medala layiq görülüblər.
        24 ölkədən 100-ə yaxın məktəblinin iştirak etdiyi əsas yarış iki gün davam edib. Hər gün iştirakçılara dörd saat ərzində həll etmələri üçün üç tapşırıq təqdim olunub. Məktəblilərin C++ proqramlaşdırma dilində təqdim etdikləri həllərin qiymətləndirilməsi 100 ballıq sistem üzrə aparılıb.
        Qeyd edək ki, Azercell Telekom, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən məktəblilərin beynəlxalq informatika və proqramlaşdırma olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu müddət ərzində məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 4 gümüş, 11 bürünc medal, ümumilikdə isə 6 qızıl, 32 gümüş və 66 bürünc olmaqla 104 medal qazanıblar.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
    azercell-berdede-yaslilar-ucun-kibertehlukesizlik-telimi-kecdi
    akart iki beynəlxalq mükafata layiq görüldü
    akart-iki-beynelxalq-mukafata-layiq-goruldu
    Azercell qadınlara növbəti dəstək proqramına start verir
    azercell-qadinlara-novbeti-destek-proqramina-start-verir
    Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir
    azercell-enerji-semereliliyi-ve-etraf-muhit-tesebbuslerini-genislendirir
    Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
    azercell-beynelxalq-universitetlerarasi-proqramlasdirma-musabiqesinin-telekommunikasiya-terefdasidir