main-post-cover

    Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi

    Digər
    05.09.2025
    Emil Nəcəfov
         Azercell rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və əhalinin maarifləndirilməsi sahəsində təşəbbüslərini davam etdirir. Kibercinayətkarların hədəfində daha çox yaşlı nəslin nümayəndələrinin olduğunu nəzərə alan şirkət bu dəfə Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində yaşlılar üçün xüsusi təlim təşkil edib.
       Azercell-in İnformasiya Təhlükəsizliyi departamentinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə iştirakçılara kiberdələduzluq, fişinq hücumları və digər kiberrisklər barədə ətraflı məlumat təqdim olunub. Təlimdə kiberdələduzların istifadə etdiyi üsullar, aktual kiberhücum trendləri və onlardan qorunma yolları izah edilib. Tədbir interaktiv sual-cavab sessiyası və real nümunələr üzərində müzakirələrlə davam edib.
         Xatırladaq ki, Azercell müxtəlif yaş qrupları üçün rəqəmsal təhlükəsizlik biliklərinin artırılması istiqamətində silsilə layihələr həyata keçirir. Şirkət daha öncə sosial xidmət müəssisələrinin sakinləri üçün xüsusi maarifləndirici tədbir təşkil edib, cari ilin ilk yarısında isə “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” çərçivəsində 7 regionda 350-ə yaxın məktəblini kibertəhlükəsizlik sahəsində məlumatlandırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    akart iki beynəlxalq mükafata layiq görüldü
    akart-iki-beynelxalq-mukafata-layiq-goruldu
    Azercell qadınlara növbəti dəstək proqramına start verir
    azercell-qadinlara-novbeti-destek-proqramina-start-verir
    Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir
    azercell-enerji-semereliliyi-ve-etraf-muhit-tesebbuslerini-genislendirir
    Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
    azercell-beynelxalq-universitetlerarasi-proqramlasdirma-musabiqesinin-telekommunikasiya-terefdasidir
    Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
    azercell-in-elaqe-merkezi-2025-ci-ilin-ilk-yarisinda-25-milyondan-cox-muraciet-qebul-edib