main-post-cover

    Yeni bir araşdırmaya görə, kainatda qaranlıq maddə mövcud olmaya bilər!

    Elm & Texnologiya
    08.10.2024
    Farid Pardashunas

         Yeni araşdırmaya görə, kainatda qaranlıq maddə olmadığı üçün qaranlıq maddəni tapmaq səyləri heç vaxt müsbət nəticə verməyəcək.

         Kainatın yaranması ilə bağlı hazırda ən çox qəbul edilən nəzəri modelə əsasən, kainat normal maddə, qaranlıq maddə və qaranlıq enerjidən ibarətdir. Lakin Ottawa Universitetində aparılan yeni açıqlamaya görə, bu hipotez düzgün deyil və kainatda qaranlıq maddə adlı bir şey yoxdur. Kozmologiyada "qaranlıq maddə" termini elektromaqnit sahələri və ya işıqla qarşılıqlı təsirə girməyən, yalnız cazibə qüvvəsi ilə müşahidə olunan quruluşlar üçün istifadə olunur. Bununla belə, qaranlıq maddəni hələ görməsək də, qalaktikaların, planetlərin və ulduzların davranışlarını izah etmək üçün qaranlıq maddənin təsiri nəzərə alınır. Ottawa Universitetinin Elm fakültəsindən fizika professoru Rajendra Gupta, "Covariate Coupling Constant" və "yorğun işıq" nəzəriyyələrini birləşdirərək bu nəticəyə gəldiyini açıqlayıb. Bu nəzəriyyənin əsasını isə kosmik təqvimdə təbiət qüvvələrinin zamanla azalması və işığın məsafə qət etdikcə enerjisinin düşməsi ideyaları təşkil edir.
         Ümumi qəbul edilən fikrə görə, kainatın təxminən 27%-i qaranlıq maddədən ibarətdir. Normal maddə isə kainatın yalnız 5%-ni təşkil edir. Qalan hissənin isə qaranlıq enerjidən ibarət olduğu düşünülür. Gupta-nın araşdırması isə bu nəzəriyyəyə meydan oxuyur. Gupta, daha əvvəlki JWST (James Webb Space Telescope) müşahidələrində kainatın yaşının 26.7 milyard olduğunun ortaya çıxdığını və bu vəziyyətdə kainatda qaranlıq maddənin mövcud olmasına ehtiyac olmadığını qeyd edir. Bununla belə, bu vəziyyət kainatı izah etmək üçün qaranlıq maddənin olmadığı bir hipotez yaratmağı tələb edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər elektrik enerjisi istehsal edə bilən süni bitki hazırlayıblar!
    alimler-elektrik-enerjisi-istehsal-ede-bilen-suni-bitki-hazirlayiblar
    “3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
    3-beden-problemi-realliga-cevrilir-kosmosda-3-ulduzlu-sistem-kesf-edilib
    NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!
    nasa-supernovanin-3-ferqli-anini-tek-kadrda-paylasib
    Yüzlərlə kilometr uzaqdan nüvə silahlarını aşkar edə bilən detektor hazırlanıb!
    yuzlerle-kilometr-uzaqdan-nuve-silahlarini-askar-ede-bilen-detektor-hazirlanib
    80.000 ildən bir görülən komet, Beynəlxalq Kosmik Stansiyadan görüntülənib! (VİDEO)
    80000-ilde-bir-gorulen-komet-beynelxalq-kosmik-stansiyadan-goruntulenib-video