Yüzlərlə kilometr uzaqdan nüvə silahlarını aşkar edə bilən detektor hazırlanıb!
Elm & Texnologiya
04.10.2024
Farid Pardashunas
İngiltərə və ABŞ-dakı tədqiqatçılar nüvə reaktorlardan yayılan antineytrinoları ölçə bilən bir detektor hazırlayıblar. Bu detektorla yüzlərlə kilometr məsafədən reaktorun məqsədini müəyyən etmək mümkün olacaq.
İngiltərənin Sheffield Universiteti ilə ABŞ-ın Hawaii Universitetindəki tədqiqatçılar, birgə çalışaraq nüvə reaktorlardan yayılan antineytrinoları ölçə bilən antimaddə detektoru dizaynı hazırlayıblat. Bu detektorla yüzlərlə kilometr məsafədən reaktorun enerji istehsalı üçün yoxsa silah istehsalı üçün istifadə olunduğunu müəyyən etmək mümkündür. Bu günlərdə karbon-neytral gələcək üçün nüvə reaktorlarının müzakirə olunduğu bir vaxtda, reaktorların nüvə silahları istehsalını gizlətmək məqsədilə istifadə olunması narahatlıqlara səbəb olur.
Həm nüvə silahı, həm də nüvə yanacağı urandan istifadə edir, lakin onların arasındakı fərq yanacağın tərkibindəki parçalanmış materialın zənginləşmə sürətidir. Nüvə yanacağı 5%-dən az zənginləşdiyi halda, nüvə bombasındakı zənginləşdirmə nisbəti 90%-i keçir. Tədqiqatçılar, antineytrinoların sayını ölçməklə nüvə reaktorunun mövcudluğunu, onun detektordan uzaqlığını və işləmə dövrünü müəyyən edə bilərlər. Maddədəki neytrinolar kimi, antineytrinolar da atomdakı yüklü olmayan hissəciklərdir və demək olar ki, sıfır kütləyə malikdirlər, lakin antimaddədə mövcuddurlar. Antineytrinolar əsasən nüvə reaksiyaları zamanı yaranırlar. Sheffield Universitetinin tədqiqatçısı Steve Wilson, tipik bir 3 GW-lıq stansiyada təxminən 10^20 (10 üstü 20) antineytrino istehsal olunduğunu qeyd edir. Bu hissəciklər nadir hallarda qarşılıqlı təsirə girdikləri üçün prinsipcə sonsuz məsafəyə gedə bilərlər. Tədqiqatçılar, antineytrinoları izləyərək yanacağın dəqiq izotopunu və reaktorun əməliyyat dövrünü təyin edə bilərlər.
Tədqiqatçılar, antineytrinoları tutmaq üçün Chernekov radiasiyası adlanan fenomeni istifadə ediblər. Wilson, bunu belə izah edir: “Elektron kimi yüklü bir hissəcik su kimi bir mühitdə işıq sürətindən daha sürətli hərəkət edəndə, işıq yavaşlayır, lakin antineytrino yavaşlamır. Antineytrino elektronun antihissəciyi olan pozitronun işıq sürətindən qısa müddət daha sürətli hərəkət etməsinə səbəb olur. Bu, səs partlamasına bənzər, müşahidə edilə bilən mavi işıq konusu yaradır. Bu təsiri müşahidə etmək, bir neytrinonun qarşılıqlı təsirə girməsi ehtimalını göstərir". Tədqiqatçılar bu məqsədlə diametri və hündürlüyü 22 metr olan, içində bir neçə min ton su və üzvi maye sintilatoru olan antineytrino detektoru dizaynı hazırlayıblar. Wilson qeyd edir ki, bu cür detektorlarda işığı tutmaq üçün istifadə olunan komponentlər 1000 ilə 2000 V arasında olmalıdır və bunlardan 4000-dən çox istehsal edilməlidir. Komanda həmçinin, İngiltərənin şimalında da bir detektor inşa etməyi təklif edir ki, bu da İngiltərədəki bütün reaktorlardan və hətta Fransadakılardan antineytrinoları aşkar edə bilsin.
Lakin kosmik şüaların müşahidələrə təsir göstərə biləcəyi də qeyd olunur. Kosmik şüalar Yer kürəsinin üst atmosferi ilə qarşılıqlı təsirə girdikdə myuon adlı hissəciklər yaranır. Bu myonlar detektora çatdıqda, içindən keçərək Chernekov radiasiyasından böyük bir işıq izi buraxırlar. Bundan əlavə, myonlar detektordakı molekulları parçalaya və qeyri-sabit, radioaktiv şəkildə çürüyən parçalar yarada bilərlər. Bu çürümə, bir antineytrinonun yaratdığı çürüməyə çox bənzədiyi üçün müşahidələrə təsir edə bilər. Wilson qeyd edir ki, bu ölçüdə bir detektorun dəyəri 100 milyon dolları keçə bilər. Lakin hələlik tədqiqatçı belə bir detektorun necə istifadə oluna biləcəyinə dair müzakirələrin aparılmasını dəyərli hesab edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə bilən robot əl hazırlanıb! (VİDEO)
Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə bilən robot əl hazırlanıb! (VİDEO)
Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə, əşyaların üzərinə dırmaşa və əşyaları daşıya bilən robot əl hazırlanıb.
Alimlər kvant hesablamalarında mümkünsüzə nail olublar!
Alimlər kvant hesablamalarında mümkünsüzə nail olublar!
Alimlər kvant məlumatının əsas vahidləri olan kubitləri qorumaq üçün lazer işığına uğurla nəzarət etməklə kvant hesablamalarında böyük irəliləyiş əldə ediblər.
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Milyardlarla il əvvəl Mars, axan suyu və qalın atmosferi olan canlı bir planet idi. Bəs bu atmosfer hara getdi? Alimlərin fikrincə, bunların hamısı Marsın gillə örtülmüş qabığında gizlənir.
İnsan beyni neçə GB yaddaşa malikdir?
İnsan beyni neçə GB yaddaşa malikdir?
Beynimizdə lazımlı-lazımsız çoxlu məlumatın saxlandığını bilirik. Bəs heç beynimizin neçə GB yaddaşa malik olduğunu düşünmüsünüzmü?
Alimlərin açıqlamasına görə, kosmos insan ürəyinin sürətlə yaşlanmasına səbəb olur!
Alimlərin açıqlamasına görə, kosmos insan ürəyinin sürətlə yaşlanmasına səbəb olur!
İnsan ürəyi kosmosda yalnız 1 ay qaldıqdan sonra yaşlanma əlamətləri göstərir. Tədqiqatçılar xüsusi hazırlanmış ürək toxumasını Beynəlxalq Kosmik Stansiyaya göndərərək onun necə fəaliyyət göstərdiyini ölçüblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!