
Birləşmiş Ərəb Əmirliklərində 2 süni yağış texnologiyası test edilir
Elm & Texnologiya
30.01.2025
Emil Nəcəfov
Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Hidrometeorologiya Mərkəzinin (NCM) rəhbəri Abdulla Al Mandous son müsahibəsində qeyd edib ki, BƏƏ-də yağışların süni şəkildə formalaşdırılmasına istiqamətlənmiş 2 perspektivli texnologiya test edilir. Məlumata əsasən test edilən texnologiyalardan biri buludların formalaşması üçün nanotexnologiyaların istifadəsinə, digəri isə təyyarələrin və ya dronların qanadlarına elektrik boşalmaları yaradan qurğuların quraşdırılmasına əsaslanır. Məlumatda qeyd edilib ki, suyun duzsuzlaşdırılması prosesi bu perspektivli texnologiya ilə müqayisədə 25 dəfə daha baha başa gəlir. Buna görə də yağış vasitəsilə əldə edilən su bu prosesin yerini tutmalıdır.

Yaxın Şərqdə olan bir çox ölkələr kimi BƏƏ də öz tələblərinin qarşılanması üçün suyun duzsuzlaşdırılmasından asılıdır. Lazımi miqyasda bu cür sistemlərin yaradılması olduqca baha başa gəlir. Digər alternativ variantların hələ olmadıqları səbəbilə bu bahalı variantdan istifadə etmək məcburiyyəti qalır. Lakin alternativ variant kimi yağışların süni şəkildə formalaşdırılması ideyası çıxış edə bilər. Günümüzdə bu proses havada duz reagentlərinin səpələnməsi hesabına reallaşdırılır. Bu isə öz növbəsində torpaqda duz miqdarının artması kimi mənfi nəticələrə səbəb ola bilər. Aparılmış hesablamalara əsasən sözügedən proses çərçivəsində duz əvəzinə nanohissəciklərindən istifadə öz növbəsində yağıntıların formalaşması effektivliyini 3 dəfə yüksəldə bilər.
Bundan əlavə, təyyarə və ya dronların qanadlarına quraşdırılan qurğular vasitəsilə elektrik boşalmaları ilə damcıların əmələ gəlməsinin stimullaşdırılması yağıntıların yaradılmasının effektivliyini doqquz dəfə artırır. İlk belə eksperiment 2021-ci ilin yayında keçirilib və güclü yağışlara səbəb olaraq uğurlu hesab edilib. Lakin BƏƏ hələ bu texnologiyaların kütləvi tətbiqinə hazır deyil. 2024-cü ildə Dubayda güclü yağış şəhərdə hərəkəti iflic edib, çünki şəhərdə yağış sularının axıdılması üçün kanalizasiya sistemi yoxdur. NCM rəhbəri etiraf edir ki, BƏƏ-nin infrastrukturu - həm şəhər, həm də su anbarları - hələ güclü yağışlara hazır deyil. Yağıntıların müntəzəm yaradılması barədə ciddi danışmaq üçün hələ çox iş görülməlidir. Nəhayət, hansı texnologiyaya üstünlük veriləcəyi hələ məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Astronomlar kosmosda reklamların qlobal şəkildə qadağan edilməsini tələb edirlər

Astronomlar kosmosda reklamların qlobal şəkildə qadağan edilməsini tələb edirlər
Technote.az SpaceNews saytına istinadən bildirir ki, astronomlar, yerdən görünən kosmos reklamlarının qlobal miqyasda qadağan edilməsini tələb edirlər. Onlar bunu qaranlıq və sakit səmanın qorunması üçün son təhdid kimi qiymətləndirirlər.
Alimlər yeni növ batareya ilə çalışan meduza və soxulcan tərz robotlar hazırlayıblar

Alimlər yeni növ batareya ilə çalışan meduza və soxulcan tərz robotlar hazırlayıblar
Technote.az TechCrunch saytına istinadən bildirir ki, Kornell Universitetinin tədqiqatçıları robotlar sahəsində yeni bir addım ataraq, həm hərəkət etmək, həm də enerji saxlamaq üçün hidravlik maye batareyasından istifadə edən yumşaq robotlar təqdim hazırlayıblar.
Dəniz suyunun ekoloji vasitə ilə içməli suya çevrilməsi texnologiyası hazırlanıb

Dəniz suyunun ekoloji vasitə ilə içməli suya çevrilməsi texnologiyası hazırlanıb
Miçiqan Universiteti və Rays Universitetinin mühəndisləri böyük miqdarda kimyəvi maddələrdən istifadə etməyərək dəniz suyunu içməli suya çevirməyə imkan verən texnologiyanı hazırlayıblar.
Çində dünyanın ən sürətli qatarı təqdim edilib

Çində dünyanın ən sürətli qatarı təqdim edilib
Pekində CR450 adlı yeni sürət qatarının prototipləri təqdim edilib. Məlumata əsasən sözügedən yeni sürət qatarları saatda 450 km sürət yığa bilirlər.
2024-cü ilin əsas ifadəsi açıqlanıb

2024-cü ilin əsas ifadəsi açıqlanıb
Oksford lüğəti 2024-cü ilin əsas ifadəsini təyin edib. Maraqlısı ondadır ki, 2024-cü ilin təyin edilmiş əsas ifadəsi ilk dəfə ABŞ yazıçısı və filosofu Henry David Thoreau-nun 1854-cü ildə dərc edilmiş “Walden; or, Life in the Woods” adlı kitabında istifadə edilmişdi.
Həftənin xəbərləri

