Tesla-nın Optimus robotlarının insanlar tərəfindən idarə edildiyi ortaya çıxıb!
Elm & Texnologiya
15.10.2024
Farid Pardashunas
Tesla-nın son günlərdə Optimus robotları ilə keçirdiyi nümayişin insan dəstəyi ilə həyata keçirildiyi üzə çıxıb. Robotlar əslində tam avtomatlaşdırılmış şəkildə işləmirmiş.
Optimus-ların nümayişindəki təfərrüatlar, iştirakçıların açıqlamaları ilə gün üzünə çıxıb. Məsələn, iştirakçılardan biri olan Robert Scoble, bir Optimus robotuna süni intellektin onu nə dərəcədə idarə etdiyini soruşub. İstehzalı bir tərzdə cavab verən Optimus, "Bir az" deyərək sualı cavablayıb. Bundan sonra Scobl, məsələni araşdıraraq robotların arxa planda insanlar tərəfindən idarə edildiyini, süni intellektin isə onların hərəkətlərini istiqamətləndirdiyini öyrənib.
Optimus şousu ilə bağlı açıqlama verən tək şəxs Robert Scoble olmayıb. Morgan Stanley analitiklərindən Adam Jonas da mövzu ilə bağlı açıqlama verərək, Optimus nümayişinin göründüyü qədər gerçək olmadığını bildirib. Jonas-ın açıqlamasına görə, robotlar insan müdaxiləsi ilə şou göstərə bilmişdilər. Eyni zamanda adi iştirakçılardan da müxtəlif açıqlamalar gəlib. Məsələn, bir iştirakçı Optimus-un ona "Bu gün bir insan tərəfindən dəstəklənirəm" dediyini iddia edib. Görək Elon Musk bu məsələ ilə bağlı nə kimi açıqlama verəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
SpaceX ilk dəfə bir raketi havada yaxalayaraq adını tarixə yazdırıb! (VİDEO)
SpaceX ilk dəfə bir raketi havada yaxalayaraq adını tarixə yazdırıb! (VİDEO)
Kosmik texnologiyalar sektorunda Elon Musk fırtınası əsməyə davam edir. Mechazilla adlanan 2 mexaniki qol, Yerə geri dönən 1200 tonluq gücləndirici raketi havada tutmağı bacarıb.
Tesla yenilənmiş Optimus robotlarını təqdim edib (VİDEO)
Tesla yenilənmiş Optimus robotlarını təqdim edib (VİDEO)
esla şirkəti Cybercap adlı pilotsuz taksi və Robovan adlı pilotsuz mikroavtobusdan əlavə olaraq özünün Optimus robotlarının yeni versiyalarını təqdim edib.
Tesla Robovan adlı pilotsuz mikroavtobus təqdim edilib (VİDEO)
Tesla Robovan adlı pilotsuz mikroavtobus təqdim edilib (VİDEO)
Tesla şirkəti Cybercap adlı pilotsuz taksi ilə yanaşı həmçinin Robovan adlı pilotsuz mikroavtobusu da təqdim edib.
Tesla sükansız və pedalsız "Cybercab" adlı robot taksisini təqdim edib!
Tesla sükansız və pedalsız "Cybercab" adlı robot taksisini təqdim edib!
Tesla-nın maraqla gözlənilən robot taksi modeli rəsmi olaraq təqdim edilib. "Cybercab" adlandırılan avtomobil, sükan və pedal olmadan istehsal edilib.
Tesla Cybertruck-ın Avropada satışları qadağan edilə bilər
Tesla Cybertruck-ın Avropada satışları qadağan edilə bilər
Tesla-nın elektrikli pikapı olan Cybertruck-ın Avropada satışları qadağan edilə bilər. Səbəb isə bu pikapın konstruksiyası ilə bağlı təhlükəsizlik problemidir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!