Tesla Robovan adlı pilotsuz mikroavtobus təqdim edilib (VİDEO)
Nəqliyyat
11.10.2024
Emil Nəcəfov
Tesla şirkəti Cybercap adlı pilotsuz taksi ilə yanaşı həmçinin Robovan adlı pilotsuz mikroavtobusu da təqdim edib. Futuristik dizayna və avtopilot sisteminə sahib bu mikroavtobus sərnişinlərin və yüklərin daşınması üçün nəzərdə tutulub. Tesla Robovan olduqca qeyri-adi görünüşə sahibdir. Xarici görünüşcə o, təkərləri gizlədilmiş lokomotivi xatırladır. Robovan 20 nəfər sərnişin daşınmasını mümkün edir.
“Robovan nəqliyyat daxilində sərnişinlərin yüksək sıxlıqları problemini həll edəcək vasitədir. Əgər siz, futbol komandasını harasa aparmaq və ya səyahət xərcini olduqca aşağı salmaq istəyirsinizsə, Robovan-dan istifadə edə bilərsiniz” - deyə Elon Musk qeyd edib.
Robovan heç bir sükana sahib deyil. Onun idarəsi tamamilə avtopilot sistemi vasitəsilə reallaşdırılır. Sözügedən mikroavtobus Tesla Network şəbəkəsi çərçivəsində və ya Tesla müştəriləri üçün özəl nəqliyyat növü şəklində çalışa bilər. Qeyd etmək lazımdır ki, Tesla daha öncə şəhər daxili istifadəyə istiqamətlənmiş bu cür nəqliyyat vasitəsini təqdim etmək planını açıqlamışdı. Bununla belə Musk, Robovan-ın qiyməti və kütləvi istehsalat tarixi barəsindıə heç bir məlumat verməyib. Beləliklə bu elektrikli və avtopilot sistemli mikroavtobusun ictimai istifadəyə nə zaman təqdim olunacağı tam aydın deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla sükansız və pedalsız "Cybercab" adlı robot taksisini təqdim edib!
Tesla sükansız və pedalsız "Cybercab" adlı robot taksisini təqdim edib!
Tesla-nın maraqla gözlənilən robot taksi modeli rəsmi olaraq təqdim edilib. "Cybercab" adlandırılan avtomobil, sükan və pedal olmadan istehsal edilib.
Tesla Cybertruck-ın Avropada satışları qadağan edilə bilər
Tesla Cybertruck-ın Avropada satışları qadağan edilə bilər
Tesla-nın elektrikli pikapı olan Cybertruck-ın Avropada satışları qadağan edilə bilər. Səbəb isə bu pikapın konstruksiyası ilə bağlı təhlükəsizlik problemidir.
Təqdimatdan öncə Tesla-nın pilotsuz taksi nəqliyyatı barəsində məlumatlar verilib
Təqdimatdan öncə Tesla-nın pilotsuz taksi nəqliyyatı barəsində məlumatlar verilib
Tesla şirkəti bu gecə “Tesla We, Robot” adlı təqdimat tədbirini keçirəcək. Gözləntilərə əsasən sözügedən tədbirdə şirkət pilotsuz taksi nəqliyyatını təqdim edəcək.
Tesla "xəstəyəm" deyərək işə gəlməyənlərin evlərinə basqın edir!
Tesla "xəstəyəm" deyərək işə gəlməyənlərin evlərinə basqın edir!
Elektrik avtomobili nəhəngi Tesla-nın Almaniyadakı Grünheide fabrikasında çalışan işçilər, şirkətin mübahisəli bir tətbiqi ilə üz-üzədirlər: Daim işdən çıxış vərəqəsi alan işçilərin evlərinə xəbərsiz ziyarətlər təşkil edən Tesla rəhbərliyi, bu davranışı səbəbilə böyük etirazlarla qarşılanıb.
Tesla avtomobili, qəzaya uğradıqdan sonra bomba kimi partlayıb!
Tesla avtomobili, qəzaya uğradıqdan sonra bomba kimi partlayıb!
ABŞ-da bir Tesla, qəzadan sonra bomba kimi partlayıb. Avtomobildə olan sərnişinlər isə dünyalarını dəyişiblər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!