main-post-cover

    Tesla-nın HW3 sistem kompüterinə sahib elektromobilləri tam avtopilot funksiyasını əldə etməyəcəklər

    Nəqliyyat
    30.01.2025
    Emil Nəcəfov
      Ötən ilin payızında Elon Musk, HW3 sistem kompüterinə sahib Tesla elektromobillərinin tam avtopilot dəstəyi almayacağını üstüörtülü şəkildə qeyd etmişdi. 2024-cü ilin oktyabr ayında isə o bunun hələ də qeyri-müəyyən olduğunu və texniki cəhətdən çox böyük səylər tələb etdiyini bildirmişdi. Hətta bu prosesi uğurla həyata keçirsələr belə, HW3 sistemində tam təhlükəsizliyi təmin etməyin mümkün olmayacağını da əlavə etmişdi.
       Technote.az Electrek saytına istinadən xəbər verir ki, bu həftə, Tesla rəhbərliyinə HW3 sistem kompüterlərinə sahib elektromobillərin tam avtopilot dəstəyi alıb-almayacağı barədə sual verilib. Şirkətin müvafiq bölməsinin rəhbəri Ashok Ellusvamy, "biz bu ideyadan tamamilə imtina etməmişik" cavabını versə də, Elon Musk dərhal məsələyə aydınlıq gətirib:
       "Həqiqət budur ki, FSD (Full-Self Driving) paketi almış bütün elektromobillərdə HW3 kompüterlərini dəyişdirməli olacağıq."
       Tesla artıq bu cür dəyişiklikləri əvvəllər də həyata keçirib. Şirkət, Hardware 2.5 (HW2.5) sisteminə sahib elektromobillərin FSD paketi almış sahiblərinə Hardware 3 (HW3) kompüterlərini pulsuz dəyişdirmişdi.
       İndi isə HW3 kompüterlərinin HW4 ilə əvəzlənməsi planlaşdırılır. Lakin bu yeniləmə yalnız 15.000$ dəyərində Full Self-Driving (FSD) paketini satın almış müştərilər üçün pulsuz olacaq. Digər istifadəçilər üçün isə belə bir təkmilləşdirmə nəzərdə tutulmur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tesla pilotsuz taksi xidmətini bu ilin birinci yarısında istifadəyə verəcək
    tesla-pilotsuz-taksi-xidmetini-bu-ilin-birinci-yarisinda-istifadeye-verecek
    Yenilənmiş Tesla Model Y təqdim edilib - QİYMƏTİ
    yenilenmis-tesla-model-y-teqdim-edilib-qiymeti
    2024-cü ildə dünyanın ən böyük elektromobil istehsalçısı BYD olub
    2024-cu-ilde-dunyanin-en-boyuk-elektromobil-istehsalcisi-byd-olub
    Elon Musk sərvəti 400 milyard dolları keçən ilk insan kimi adını tarixə yazdırıb!
    elon-musk-serveti-400-milyard-dollari-kecen-ilk-insan-kimi-adini-tarixe-yazdirib
    Sürücüsüz Tesla Cybercab-ın Model 3-ün sadəcə yarısı qədər parçaya sahib olduğu ortaya çıxıb!
    surucusuz-tesla-cybercab-in-model-3-un-sadece-yarisi-qeder-parcaya-sahib-oldugu-ortaya-cixib