main-post-cover

    Təcrübi 6G şəbəkəsində məlumatları rekord sürətlə ötürmək mümkün olub

    Elm & Texnologiya
    18.10.2024
    Emil Nəcəfov
         London Universitet Kollecinin tədqiqatçıları təcrübi 6G şəbəkəsini test ediblər. Məlumata əsasən test edilmiş təcrübi 6G şəbəkəsi məlumatların rekord sürətlə ötürülməsini təmin edərək aktual 5G şəbəkələrini 5000 dəfə üstələyib. Tədqiqatçıların sözlərinə əsasən aparılmış test çərçivəsində onlar təcrübi 6G şəbəkəsində məlumatların saniyədə 938 Gbit sürətlə ötürülməsinə nail olublar. Müqayisə üçün qeyd etmək lazımdır ki, mövcud olan 5G şəbəkələrdə məlumatların ortalama ötürülmə sürəti saniyədə 200 Mbit təşkil edir.
         Təcrübi 6G şəbəkəsində bu cür yüksək sürət məlumatların elektron və optik ötürülmə üsullarının kombinasiyası sayəsində əldə edilib. Bu cür kombinasiya naqilsiz şəbəkələrin mövcud məhdudiyyətlərini geridə qoymağa imkan verib. Adətən bu cür şəbəkələr radiodalğaları tezliklərin daha dar diapazonunda istifadə edirlər. Lakin bu diapazonların yüklənmiş olmaları ötürülən məlumatın ötürülmə sürətini aşağı salır. Mütəxəssislər isə radio texnologiyalar ilə optik həlləri birləşdirərək daha geniş diapazondan istifadə ediblər və nəticədə aşağı sürət məhdudiyyətini geridə qoyublar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çin, 6G terahertz bağlantısı ilə daha bir ilkə imza atıb!
    cin-6g-terahertz-baglantisi-ile-daha-bir-ilke-imza-atib
    5G-dən 10 dəfə daha sürətli: Yaponiyada 6G şəbəkəsi test edilib
    5g-den-10-defe-daha-suretli-yaponiyada-6g-sebekesi-test-edilib