main-post-cover

    5G-dən 10 dəfə daha sürətli: Yaponiyada 6G şəbəkəsi test edilib

    Elm & Texnologiya
    03.05.2024
    Farid Pardashunas
         Yaponiyanın şirkətlər konsorsiumu 6G mobil şəbəkəsi üçün nəzərdə tutulmuş ilk yüksək sürətli naqilsiz cihazı test edib. Aparılmış təcrübələr çərçivəsində məlumatların 90 metr məsafəyə saniyədə 100 Gbit sürətlə ötürülməsi mümkün olub. Bu isə 5G mobil şəbəkəsinin maksimal sürətindən 10 dəfə daha yüksək bir sürətdir. Saniyədə 100 Gbit sürət çərçivəsində HD formatlı 5 ədəd filmi 1 saniyəyə ötürmək olar. Almaniyanın Statista adlı şirkətinin sözlərinə əsasən bu, ABŞ-ın T-Mobile operatorunun 5G şəbəkələrindəki orta sürətdən 500 dəfə daha sürətlidir.
         Yaponiyanın şirkətləri tərəfindən aparılmış təcrübələrin nəticələri onu göstəriblər ki, naqilsiz 6G cihazı saniyədə 100 Gbit sürəti qapalı məkanda 100 GHz-lik diapazondan istifadə edərək, açıq mühitdə isə 300 GHz-lik diapazondan istifadə edərək təmin edib. Məlumata əsasən sözügedən cihazın testləri 100 metr hündürlükdə aparılıb. Qeyd etmək lazımdır ki, 5G şəbəkəsinin kommersiya məqsədli istifadəsinə 2019-cu ildə start verildi.
         Bu şəbəkə standartı hal-hazırda ən aktual şəbəkə standartıdır və o, günümüzdə bir çox smartfonda dəstəklənir. ABŞ-ın T-Mobile operatorunun 5G şəbəkələrində 5G qoşulmanın ortalama sürəti saniyədə 204.9 Mbit təşkil edir. Nəzəri cəhətdən isə 5G-nin maksimal sürəti saniyədə 10 Gbit-ə çata bilər. Bəzi ölkələrdə 5G şəbəkə əhatəsi ideal vəziyyətdə olmasa da mütəxəssislər artıq növbəti nəsil şəbəkə standartı üzərində çalışırlar. 6G üçün nəzərdə tutulmuş infrastruktur hələ hazırlanma mərhələsindədir və onun kommersiya məqsədli istifadəsi növbəti onillik üçün nəzərdə tutulub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
    cinde-elektrikle-calisan-insana-benzer-robot-teqdim-edilib
    Dünyanın ən böyük 3D printeri evi 80 saata inşa edir
    dunyanin-en-boyuk-3d-printeri-evi-80-saata-insa-edir
    Yeni elektromobil batareyası 1000 km yol qətt etmə imkanını verəcək
    yeni-elektromobil-batareyasi-1000-km-yol-qett-etme-imkanini-verecek
    Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
    kosmik-gunes-elektrostansiyasinin-islek-prototipi-hazirlanib
    Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir
    deep-south-adli-superkomputer-insan-beynini-2000-defe-usteleyir