Tarixi sintez texnologiyasından istifadə edilərək yeni 116-cı element hazırlanacaq!
Elm & Texnologiya
29.07.2024
Farid Pardashunas
Lawrence Berkeley Milli Laboratoriyasının alimləri, titan hissəciklərinin şüaları ilə ilk dəfə 116-cı elementi (livermorium) sintez ediblər. Artıq yeni element istehsal oluna biləcək.
Berkeley Lab-ın beynəlxalq tədqiqat qrupu, titan şüasından istifadə edərək super ağır element 116-nı sintez etdiklərini və bunun 120-ci elementin qurulmasında mühüm addım olduğunu bildirib. Tədqiqatın nəticələri Nuclear Structure 2024 konfransında təqdim edilərkən, araşdırma da arXiv-də dərc edilib. Komanda 88 düymlük Siklotron (Cyclotron) ağır ion sürətləndiricisində 22 günlük iş nəticəsində 116-cı elementin (livermorium) iki atomunu uğurla sintez edib. 120-ci elementin istehsalının 10 qat daha uzun sürəcəyi düşünülür. Elm adamları, indi bunun mümkün olduğunu və 120-ci elementi kəşf edə bilsələr, dövri cədvəlin indiyə qədər yaradılmış ən ağır atom kimi 8-ci yerdə olacağını deyirlər.
Digər tərəfdən, indiyə qədər kəşf edilən super ağır elementlər demək olar ki, dərhal parçalanır. Lakin protonların və neytronların düzgün birləşməsi daha sabit nüvələrə imkan verə bilər ki, onlar daha uzun müddət yaşayır və tədqiqatçılara öyrənmələri üçün unikal vəziyyət verirlər. Bunlar son dərəcə vacibdir, çünki ekstremal elementlərin aşkarlanması atomların necə davranması, nüvə fizikasının modellərini sınaqdan keçirməsi və atom nüvəsinin sərhədlərini təyin etməsi ilə bağlı fikirlər verə bilər. Superağır elementlərin hazırlanması üçün resept nəzəri cəhətdən olduqca sadədir. Sadəcə olaraq 2 yüngül elementi istədiyiniz son atomda lazımi sayda protonla birləşdirmək kifayətdir. Bu əslində başlanğıc səviyyə riyaziyyat tənliyi kimi bir şeydir: 1+2=3. Başqa sözlə desək, siz 2 yüngül element götürüb, daha ağır element yaratmaq üçün onları toqquşdurursunuz. Məsələn, 2 elementin proton nömrələrini əlavə etdikdə, istədiyiniz superağır elementin proton nömrəsini alırsınız.
Ancaq praktikada bu inanılmaz dərəcədə çətindir. 2 atomun uğurla birləşməsi üçün trilyonlarla qarşılıqlı əlaqə tələb oluna bilər və hansı elementlərin hissəcik şüasına və ya hədəfə çevrilə biləcəyinə dair məhdudiyyətlər var. Beləliklə, əməliyyatı yerinə yetirmək üçün çoxlu cəhdlər lazımdır. Bundan əlavə, hər bir element, hissəcik şüası və ya hədəf kimi istifadə edilə bilməz, bu da prosesi daha da çətinləşdirir. Tədqiqatçılar, tez-tez şüaları və hədəfləri üçün xüsusi izotoplar, eyni sayda proton, lakin müxtəlif sayda neytron olan elementlərin variantları seçirlər. Ən praktik ağır hədəf 98 protonu olan kalifornium-249 adlı izotopdur. Bu o deməkdir ki, tədqiqatçılar, 20 protonlu kalsium-48 şüasından 120-ci elementi istehsal etmək üçün istifadə edə bilməzlər. Bunun əvəzinə 22 protonlu bir dəstə atom lazımdır. Bu element də titandır, yəni super ağır elementlərin tikintisində geniş istifadə olunmayan bir şeydir.
Elm adamları, titan-50 izotopundan indiyə qədər hazırlanmış ən ağır element olan 116-cı elementi yaratmaq üçün kifayət qədər intensiv şüa yarada biləcəklərini yoxlamaq üçün həftələr sərf ediblər. Bu, əvvəllər edilməmiş bir şeydir. Dediyimiz kimi, 114-dən 118-ə qədər olan elementlər yalnız kalsium-48-in şüalanması ilə yaradılmışdır ki, bu da onlara çox ağır elementlər yaratmaq üçün hədəf nüvələrlə birləşməyə kömək edir. 116-cı element, yəni livermorium-u istehsal etmək titan izotoplarından kifayət qədər sıx şüa yaratmaqla başlayır. Bunun üçün istifadə edilən titan-50, təbii titanın təxminən 5%-ni təşkil edən nadir izotopdur. Bu metal, kiçik barmağınızın son hissəsi qədər kiçik bir sobaya qoyulur və 1600 dərəcəyə qədər qızdırılır. Bu temperaturda titan buxarlanmağa başlayır.
Bu proses plazmanı tutan VENUS adlı mürəkkəb superkeçirici maqnit daxilində baş verir. Plazmada sərbəst elektronlar, mikrodalğalı sobalarla enerji qazanaraq titanın 22 elektronundan 12-ni çıxarır. Yüklənmiş titan ionları, maqnitlərin köməyi ilə istiqamətləndirilir və Cyclotron-da sürətləndirilir. Sonra hər saniyə təxminən 6 trilyon titan ionu bir kağız vərəqindən daha nazik olan və istiliyi dağıtmaq üçün fırlanan hədəfə dəyir. Bu prosesdə sürətləndirici operatorlar, şüanın enerji səviyyəsini dəqiq tənzimləməyə kömək edir. Çünki kifayət qədər enerji yoxdursa, izotoplar birləşməyəcək, çox olarsa, titan hədəf nüvələri parçalaya bilər. Bu çətin proseslər tamamlandıqda, arzu olunan nadir super ağır element əmələ gəlir. Tədqiqatçılar, element 120-nin istehsalına başlamazdan əvvəl hələ görülməli iş olduğunu söyləsələr də, irəliyə doğru yol indi aydındır. Zamanlama hələ müəyyən edilməyib, lakin tədqiqatçılar sınağa potensial olaraq 2025-ci ildə başlamağı planlaşdırırlar. Təcrübə başlayandan sonra 120-ci elementin ilk atomlarını görmək bir neçə il çəkə bilər.
Linki kopyala
livermorium
element 116 livermorium
titan-50
elmi xeber
Scientific news
science
science news
elmi xeberler
element 116
element 120
berkeley lab
Cyclotron
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA, ilk dəfə olaraq, lazer texnologiyası ilə kosmosa 4K video göndərib!
NASA, ilk dəfə olaraq, lazer texnologiyası ilə kosmosa 4K video göndərib!
Kosmik missiyalar üçün çox faydalı ola biləcək lazer rabitə texnologiyası üzərində işləyən NASA, eksperimentlər çərçivəsində bir təyyarədən Beynəlxalq Kosmik Stansiyaya (BKS) 4K video yayım gerçəkləşdirib.
Dünyanın ilk əriməyə davamlı nüvə reaktoru hazırlanıb!
Dünyanın ilk əriməyə davamlı nüvə reaktoru hazırlanıb!
Fövqəladə vəziyyətdə özünü passiv şəkildə soyutmaq üçün nəzərdə tutulmuş əriməyə davamlı nüvə reaktorunun ilk tam miqyaslı tətbiqi uğurlu olmuşdur. Artıq atom elektrik stansiyalarındakı əsas risk aradan qaldırılmış oldu.
Alimlər, Qrenlandiya və Kanada arasında yeni qitə kəşf ediblər!
Alimlər, Qrenlandiya və Kanada arasında yeni qitə kəşf ediblər!
Tədqiqatçılar, bölgədəki plitələrin tektonik hərəkətlərini araşdırarkən, Kanada ilə Qrenlandiya arasında yerləşən Davis boğazının altından 400 kilometr uzunluğunda bir quru parçası aşkar ediblər.
Yer ilə Ay arasında məlumat axını üçün "magistral yol" çəkiləcək!
Yer ilə Ay arasında məlumat axını üçün "magistral yol" çəkiləcək!
Həqiqətən də Yerlə Ay arasında magistral yol çəkiləcək, lakin burada avtomobil yollarından deyil, informasiya şəbəkələrindən istifadə olunacaq. Elm adamları, təklif olunan informasiya magistralı üçün 30 peykdən istifadə etməyi planlaşdırır.
Venerada həyat əlaməti ola biləcək elementlər aşkar edilib!
Venerada həyat əlaməti ola biləcək elementlər aşkar edilib!
Alimlər, Günəş sisteminin ikinci planeti və planetlərin ən istisi olan Veneranın atmosferinin dərinliklərindəki buludlarda həyat əlaməti ola biləcək fosfin və ammonyak kimi elementləri aşkar ediblər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!