Süd yolu qalaktikasının ən böyük qara dəliyi aşkar edilib!
Elm & Texnologiya
22.04.2024
Farid Pardashunas
Avropa Kosmik Agentliyinin (ESA) Gaia missiyası Süd Yolu qalaktikasında Gaia BH3 adlı nəhəng qara dəlik aşkar edib.
Avropa Kosmik Agentliyinin (ESA) Gaia missiyası tərəfindən toplanan məlumatlar əsasında kəşf edilən Gaia BH3 adlı bu ulduz qaynaqlı qara dəlik, Yerin yerləşdiyi Süd Yolu qalaktikasında indiyə qədər kəşf edilmiş ən böyük qara dəlik kimi qeydə alınıb. Onun Vulture (Aquila) bürcündə yerləşdiyi, Yerdən təqribən 2 min işıq ili uzaqlığında yer aldığı və kütləsinin Günəşinkindən 33 dəfə böyük olduğu bildirilir.
Süd Yolu qalaktikasında Gaia BH3 adlı qara dəliyi kəşf edən Gaia missiyası 2000-ci ildə başlamış və Avropa Kosmik Agentliyinin (ESA) Horizon 2000 Plus elmi proqramının bir hissəsi olaraq təsdiq edilmişdir. Daha əvvəl mühüm kəşflər etmiş Gaia tərəfindən verilən məlumatların dəqiqliyi, bu ölçüdə qara dəliklərin varlığını sübut etmək üçün indiyə qədər əldə edilən ən qəti məlumatları təqdim edir.
Bilməyənlər üçün isə qeyd edək ki, qara dəlik astrofizika sahəsində o qədər güclü cazibə qüvvəsinə malik olan nəhəng göy cismidir ki, hər cür maddə və şüalanma, o cümlədən işıq ondan qaça bilmir. Bu kosmik strukturlar maddənin kosmosda bir nöqtədə cəmləşməsi nəticəsində əmələ gəlir və kainatımızın ən sirli və başa düşülməsi çətin olan hadisələrindən biridir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İlk qara dəliklər ulduzlardan formalaşmamış ola bilərlər
İlk qara dəliklər ulduzlardan formalaşmamış ola bilərlər
İlk ulduzlar ilə qara dəliklər mövzusunda əsas problem toyuq ilə yumurta probleminə bənzəyir. Yəni ilk olaraq hansı formalaşıb?
Elmə məlum ən qədim qara dəlik kəşf edilib
Elmə məlum ən qədim qara dəlik kəşf edilib
Kembric Universitetinin alimləri elmə məlum ən qədim qara dəliyi kəşf ediblər. Kəşf edilmiş qara dəliyin yaşı kainatın yaşına yaxındır.
Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəlik kəşf edilib
Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəlik kəşf edilib
Alimlər Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəliyi kəşf ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ