İlk qara dəliklər ulduzlardan formalaşmamış ola bilərlər
Elm & Texnologiya
09.02.2024
Emil Nəcəfov
İlk ulduzlar ilə qara dəliklər mövzusunda əsas problem toyuq ilə yumurta probleminə bənzəyir. Yəni ilk olaraq hansı formalaşıb? Biz bilirik ki, böyük kütləyə sahib ulduzlar nəticədə qara dəliklərə çevrilirlər. Bu artıq təsdiq olunmuş bir faktdır. Bununla belə biz erkən kainatda böyük kütləyə sahib qara dəlikləri müşahidə edirik. Halbu ki, erkən kainatda bu cür qara dəliklər əslində mövcud olmamalı idilər. Görünür, James Webb kosmik teleskopu bu mövzuya aydınlıq gətirməyə hazırdır. Amerikalı və fransız alimlər erkən kainatda kəşf edilmiş qara dəliklər barəsində James Webb-in əldə etmiş olduğu məlumatları yığaraq ulduzlar ilə qara dəliklərin eyni zamanda formalaşdıqlarına dair fərziyyə üçün sübutları təqdim ediblər.
Yığılmış məlumatlar yeni müşahidələr nəticəsində əldə ediləcək əlavə məlumatlar ilə təkmilləşdiriləcək və kainatdakı obyektlərin təkamülləri ilə bağlı tutarlı nəzəriyyənin formalaşdırılmasında istifadə ediləcək. Alimlər diqqət yetiriblər ki, James Webb teleskopu Böyük partlayışdan 400 milyon il və 470 milyon il sonra formalaşmış super kütləli qara dəlikləri kəşf edib. Təyin olunub ki, Böyük partlayışdan 400 milyon il sonra formalaşmış super kütkləli qara dəliyin kütləsi 1.6 milyard Günəş kütləsinə bərabərdir. Həmin qara dəlik özündən daha yüngül olan qalaktikanın mərkəzində yerləşib. Müasir kosmologiyaya əsasən bu cür qara dəlik erkən kainatda belə ölçülərə qədər böyüyə bilməzdi. İndiyənə kimi aparılmış müşahidələrdəki qara dəliklər 50 Günəş kütləsindən daha böyük kütləyə sahib ulduzların məhv olmaları nəticəsində formalaşıblar.
Erkən kainatda isə nəhəng ölçülü qara dəlik ətrafında kiçik qalaktikanın mövcudluğu kimi bir faktor qeyri-mümkündür. Alimlər belə qənaətə gəliblər ki, ilk qara dəliklər ilk ulduzlar ilə birgə və ya onlardan bir qədər əvvəl ilkin materiya buludları sayəsində formalaşıblar. İlkin materiya buludunun hər birinin məhv olması nəticəsində qara dəliklər formalaşıb və formalaşmış qara dəliklər yeni ulduzların formalaşması prosesini sürətləndirmiş kosmik küləyi ifraz etməyə başlayıblar.
Faktiki olaraq ilkin qara dəliklər qalaktikaların bizim hal-hazırda mşahidə etdiyimiz strukturlara çevrilmələrində vacib rol oynamış alət olublar. “Biz hesab edirik ki, qara dəliklər qaz buludlarını ifraz edərək onları ulduzlara çevirirlər və beləliklə yeni ulduzların formalaşması prosesini sürətləndirirlər. Biz dəqiq şəkildə həmin kosmik küləkləri təyin edə bilmirik. Lakin biz bilirik ki, onlar mövcud olmalıdırlar. Belə ki, biz kainatın erkən inkişaf mərhələlərində çoxlu sayda qara dəliyə rast gəlirik” - deyə alimlər qeyd ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elmə məlum ən qədim qara dəlik kəşf edilib
Elmə məlum ən qədim qara dəlik kəşf edilib
Kembric Universitetinin alimləri elmə məlum ən qədim qara dəliyi kəşf ediblər. Kəşf edilmiş qara dəliyin yaşı kainatın yaşına yaxındır.
Smartfondan uzunmüddətli istifadə beyin fəaliyyətini aşağı sala bilər
Smartfondan uzunmüddətli istifadə beyin fəaliyyətini aşağı sala bilər
Heydelberq, Köln və Padua Universitetlərində yerləşən Psixososial Tibb Mərkəzinin mütəxəssisləri bildiriblər ki, smartfondan uzunmüddətli istifadə beyin fəaliyyətini aşağı sala bilər.
Enseladın qeyzerlərində həyatın formalaşması üçün vacib molekullar aşkar edilib
Enseladın qeyzerlərində həyatın formalaşması üçün vacib molekullar aşkar edilib
NASA-nın Cassini kosmik aparatı tərəfindən əldə edilmiş məlumatların yeni analizi heyrətləndirici kəşfi etməyə imkan verib.
Süd Yolu qalaktikasının mərkəzində digər qalaktikadan gəlmiş ulduz yerləşir
Süd Yolu qalaktikasının mərkəzində digər qalaktikadan gəlmiş ulduz yerləşir
Süd Yolu qalaktikasının mərkəzində yerləşən ulduzun 8 illik müşahidəsindən sonra yapon alimlər belə qənaətə gəliblər ki, müşahidıə edilən ulduz bizim qalaktikamızın mərkəzinə digər qalaktikadan gəlib.
Yeni növ material betondakı çatları bakteriyalar vasitəsilə aradan qaldırır
Yeni növ material betondakı çatları bakteriyalar vasitəsilə aradan qaldırır
ABŞ-da yerləşən Dreksel Universitetinin mütəxəssisləri bioloji liflərə sahib xüsusi material hazırlayıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ