main-post-cover

    Starlink smartfonlarda pulsuz SOS xidmətini istifadəyə verəcək

    Elm & Texnologiya
    28.08.2024
    Emil Nəcəfov
         Elon Musk elan edib ki, SpaceX şirkətinin Starlink adlı peyk interneti layihəsi bütün dünyada pulsuz şəkildə təcili SOS xidmətini istifadəyə verəcək. Qeyd etmək lazımdır ki, GoogleApple şirkətləri öz cihazlarında peyk rabitəsini premium xidmət kimi təklif edir. Starlink isə bu imkanı bütün smartfon istifadəçiləri üçün əlçatan etməyi hədəfləyib. Yer kürəsinin uzaq nöqtələrində olacaq insanlar hətta mobil şəbəkəyə sahib olmadıqları halda belə bunun sayəsində təcili yardım xidmətləri ilə əlaqə qura biləcəklər.
       Günümüzdə smartfonlar mobil şəbəkə qüllələrindən asılıdırlar. Bu isə smartfonların uzaq nöqtələrdə funksionallıqlarını məhdudlaşdırır. Starlink isə öz növbəsində Yer kürəsinin orbitində 6000-dən çox peykə sahib olmaqla hətta planetin ən uzaq nöqtələrində belə qlobal geniş zolaqlı rabitəni təklif edərək uzaq nöqtələrdə internetə çıxış imkanını əlçatan edir. Qeyd etmək lazımdır ki, təcili SOS xidmətinin qlobal şəkildə istifadəyə verilməsi üçün Starlink hər bir ölkədən xüsusi icazə almalıdır. Lakin nəzərə alsaq ki, bu xidmət çərçivəsində istifadəçi yalnız təcili yardım xidmətləri ilə əlaqə saxlayacaq, bu halda icazənin alınması prosesi sadələşdirilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Özəl şirkətlərin kosmik uçuş sayları 4 ildən sonra 2 dəfə çoxala bilər
    ozel-sirketlerin-kosmik-ucus-saylari-4-ilden-sonra-2-defe-coxala-biler
    Elon Musk, Starship-in inşa edildiyi zavodu sərgiləyib (VİDEO)
    elon-musk-starship-in-insa-edildiyi-zavodu-sergileyib-video
    SpaceX dünyanın ikinci ən bahalı özəl şirkəti ola bilər
    spacex-dunyanin-ikinci-en-bahali-ozel-sirketi-ola-biler
    SpaceX şirkəti Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması ilə məşğul olacaq
    spacex-sirketi-beynelxalq-kosmik-stansiyanin-istismardan-cixarilmasi-ile-mesgul-olacaq
    SpaceX Starship-in Mars səthinə nə zaman eniş edəcəyini açıqlayıb
    spacex-starship-in-mars-sethine-ne-zaman-enis-edeceyini-aciqlayib