main-post-cover

    SpaceX şirkəti Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması ilə məşğul olacaq

    Elm & Texnologiya
    28.06.2024
    Emil Nəcəfov
         NASA SpaceX şirkəti ilə 843 milyon dollar dəyərində müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən SpaceX şirkəti növbəti 10 il ərzində BKS-in (Beynəlxalq Kosmik Stansiya) orbitini təhlükəsiz şəkildə aşağı salmağa imkan verəcək və nəticədə onun istismardan çıxarılmasına imkan verəcək kosmik aparatı inşa etməlidir. Qeyd etmək lazımdır ki, BKS 1998-ci ildən fəaliyyət göstərir və o, yavaş-yavaş öz fəaliyyət dövrünün sonuna yaxınlaşır. Plana əsasən BKS 2030-cu ildə istismardan çıxarılacaq. NASA öz növbəsində BKS-in təhlükəsiz və idarə olunan şəkildə Yer kürəsinin orbitindən çıxarılmasını həyata keçirmək istəyir. Kosmik agentlik BKS-dən ola biləcək kosmik dağıntıların Yer kürəsinə idarəsiz düşüş hallarının qarşısını almaq niyyətindədir.
         Məlumata əsasən SpaceX öz növbəsində US Deorbit Vehicle adlı kosmik gəminin hazırlanması ilə məşğul olacaq. Bu kosmik gəmi BKS-in təhlükəsiz şəkildə Yer kürəsinə çatdırılmasını həyata keçirməlidir. BKS-in Sakit okeana istiqamətləndirilməsi planlaşdırılır. Kosmik gəmilər məzarlığı məhz Sakit okeanda yerləşir. Bu məzarlıq Yeni Zelandiya ilə Cənubi Amerika arasında yerləşir. Sözügedən məzarlıqda artıq 300-ə yaxın kosmik aparat qalığı mövcuddur. BKS-in fəaliyyətinin dayandırılması prosesi heç də sadə bir proses deyil. Belə ki, onun çəkisi 400 ton təşkil edir. Bununla yanaşı o, Yer kürəsi atmosferində tam olaraq yanmayacaq. Çünki kosmik stansiyanın ölçüsü çox böyükdür. Nəticədə BKS-in fəaliyyətinin dayandırılması mərhələli şəkildə reallaşdırılacaq.
         NASA ümumi prosesin 3 mərhələdən təşkilini planlaşdırır. Birinci mərhələ çərçivəsində Yer kürəsinə BKS-in günəş batareyaları və radiatorları, ikinci mərhələ çərçivəsində ayrı-ayrı modulları, üçüncü mərhələ çərçivəsində isə stansiyanın əsas konstruksiyası göndəriləcək. Qeyd etmək lazımdır ki, BKS ABŞ, Avropa, Yaponiya, Kanada və Rusiyanın birgə səyləri nəticəsində ərsəyə gəlib. O, insanlıq tərəfindən kosmosda inşa edilmiş ən böyük konstruksiyadır. BKS-in fəaliyyətinin təmin olunması il ərzində 3.1 milyard dollara başa gəlir və NASA ümid edir ki, özəl kosmik şirkətlər yeni kosmik stansiyalar inşa etməklə bu sahədə lazımi mövqelərini tuta biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA Yer kürəsinin asteroidlə toqquşma ehtimalında konkret həllərə sahib deyil
    nasa-yer-kuresinin-asteroidle-toqqusma-tehluke
    SpaceX Starship-in Mars səthinə nə zaman eniş edəcəyini açıqlayıb
    spacex-starship-in-mars-sethine-ne-zaman-enis-edeceyini-aciqlayib
    Elon Musk-ın Starlink peykləri, ozon təbəqəsini məhv edə bilər!
    elon-musk-in-starlink-peykleri-ozon-tebeqesini-mehv-ede-biler
    Elon Musk, Tesla Roadster-in uça biləcəyini iddia edib!
    elon-musk-tesla-roadster-in-uca-bileceyini-iddia-edib
    Elon Musk-ın bir SpaceX işçisi ilə cinsi əlaqədə olduğu ortaya çıxıb!
    elon-musk-in-bir-spacex-iscisi-ile-cinsi-elaqede-oldugu-ortaya-cixib