SpaceX Starship-in 5-ci test uçuşunu anons edib
Elm & Texnologiya
09.10.2024
Emil Nəcəfov
SpaceX şirkəti Starship kosmik gəmisinin 5-ci test uçuşunu elan edib. Şirkətin sözlərinə əsasən Starship-in 5-ci test uçuşu 13 oktyabr tarixinə planlaşdırılır. Şirkət bildirib ki, növbəti test uçuşunda istifadə ediləcək Starship protoipinin bütün sistemləri hazır vəziyyətdədir. Lakin bununla belə şirklət bildirib ki, planlaşdırılan 5-ci test uçuşu 13 oktyabr tarixində baş tutmaya bilər. Əsas məsələ Federal Mülki Aviasiya İdarəsinin (FAA) test uçuşuna hələ icazə verməməsidir. Əslində Starship ilə Super Heavy adlı sürətləndirici raket test uçuşu üçün hələ avqust ayının əvəvlində hazır idilər. Lakin SpaceX şirkəti ilə FAA arasında konflikt yaşandı.
Belə ki, FAA şirkəti reallaşdırılan kosmik uçuşlara və ekologiyaya ciddi yanaşmamaqda günahlandırırdı. SpaceX isə öz növbəsində FAA-nı və onun nümayəndələrini ABŞ kosmik proqramını geridə qoymaqda günahlandırırdı. Vəziyyət hətta o yerə çatmışdı ki, Elon Musk ictimai şəkildə FAA-nın rəhbəri Mike Whitaker-i istefa verməyə çağırmışdı. FAA-nın 13 oktyabr tarixinə kimi lazımi icazənin verəcəyi halda belə 5-ci test uçuşu baş tutmaya bilər. Belə ki, Starship-in sistemində ani olaraq hansısa problem yarana və ya hava şəraiti mülayim olmaya bilər. Hər halda Starship-in 5-ci test uçuşu kosmik gəminin və sürətləndirici raketin təkrar istifadəsi proqramının növbəti böyük addımı olmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yaponiya ilk dəfə Ayda sənət əsəri nümayiş etdirəcək!
Yaponiya ilk dəfə Ayda sənət əsəri nümayiş etdirəcək!
Yaponiyanın kosmik kəşfiyyata marağı, Ispace şirkətinin yeni Ay missiyası ilə yenidən gündəmə gəlib. Şirkət, 2023-cü ildəki uğursuz cəhdindən sonra, bu dəfə Ayda uğurlu eniş etməyi hədəfləyir.
SpaceX 2 ildən sonra Starship kosmik gəmisinin Marsa ilk pilotsuz uçuşunu planlaşdırır
SpaceX 2 ildən sonra Starship kosmik gəmisinin Marsa ilk pilotsuz uçuşunu planlaşdırır
Elon Musk-ın vermiş olduğu məlumata əsasən onun SpaceX şirkəti Starship kosmik gəmisinin Marsa ilk pilotsuz uçuş missiyasını 2026-cı ilin sonunda reallaşdırmağı planlaşdırır.
Starlink peyk interneti təyyarədə test edilib (VİDEO)
Starlink peyk interneti təyyarədə test edilib (VİDEO)
The Wall Street Journal jurnalisti təyyarədə peyk internetinin hansı səviyyədə çalışdığını yoxlamaq qərarına gəliblər.
Starlink smartfonlarda pulsuz SOS xidmətini istifadəyə verəcək
Starlink smartfonlarda pulsuz SOS xidmətini istifadəyə verəcək
Elon Musk elan edib ki, SpaceX şirkətinin Starlink adlı peyk interneti layihəsi bütün dünyada pulsuz şəkildə təcili SOS xidmətini istifadəyə verəcək.
Özəl şirkətlərin kosmik uçuş sayları 4 ildən sonra 2 dəfə çoxala bilər
Özəl şirkətlərin kosmik uçuş sayları 4 ildən sonra 2 dəfə çoxala bilər
ABŞ Federal Aviasiya İdarəsinin (FAA) gözləntilərinə əsasən lisenziyalı kosmik uçuşların sayı hər il sürətlə artmaqda davam edəcək.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!