Snapdragon 8 Gen 4 prosessoru smartfonların daha böyük həcmli batareyalar əldə etmələrinə səbəb ola bilər
Elm & Texnologiya
18.04.2024
Farid Pardashunas
Qualcomm şirkəti növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4 üzərində aktiv çalışmağa davam edir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən sözügedən prosessor şirkət daxilində növbəti test mərhələsinə keçid edib. İnsayder bildirib ki, Snapdragon 8 Gen 4 sayəsində smartfonlar yüksək sıxlıqlı silisium batareyaları əldə edəcəklər və onların həcmləri 6000 mAh-a yaxın olacaq. Məlumata əsasən insayder Snapdragon 8 Gen 4-ün test olunduğu 3 ədəd smartfonu görüb və onların hamısı 5500 mAh enerji tutumlu batareyaya sahibdir. Snapdragon 8 Gen 4-ə sahib smartfonların daha böyük həcmli batareyaları əldə etmə səbəbi kimi bu prosessorun daha çox enerji sərfiyyatına sahib olacağı çıxış edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qualcomm Snapdragon X Plus adlı daha bir desktop prosessor üzərində çalışır
Qualcomm Snapdragon X Plus adlı daha bir desktop prosessor üzərində çalışır
Qualcomm şirkəti keçən il Snapdragon X Elite adlı desktop prosessorunu təqdim etmişdi. Ortaya çıxmış yeni məlumata əsasən şirkət daha bir yeni desktop prosessorunun iki versiyasını artıq test edir.
Orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 3 prosessoru təqdim edilib
Orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 3 prosessoru təqdim edilib
Qualcomm şirkəti orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 3-dən gedir. Bu yeni prosessor Snapdragon 7+ Gen 2-nin davamçısıdır.
Snapdragon 8s Gen 3 prosessoru təqdim edilib
Snapdragon 8s Gen 3 prosessoru təqdim edilib
Qualcomm şirkəti Snapdragon 8s Gen 3 adlı yeni prosessorunu təqdim edib. Bu yeni prosessor şirkətin Snapdragon 8 Gen 3 flaqman prosessorunun bir qədər sadələşdirilmiş versiyası qismində çıxış edir.
Snapdragon 8 Gen 4-ün sahib ola biləcəyi fərqləndirici özəlliyi açıqlanıb
Snapdragon 8 Gen 4-ün sahib ola biləcəyi fərqləndirici özəlliyi açıqlanıb
Qualcomm oktyabr ayında baş tutacaq Snapdragon Summit 2024 tədbiri çərçivəsində Snapdragon 8 Gen 4 flaqman prosessorunu təqdim edəcək.
Samsung-un Snapdragon X Elite prosessorlu noutbukunun qiyməti açıqlanıb
Samsung-un Snapdragon X Elite prosessorlu noutbukunun qiyməti açıqlanıb
Qualcomm şirkəti Snapdragon X Elite adlı desktop prosessorunu keçən il təqdim etsə də, hələ onun vasitəsilə çalışan heç bir noutbuk təqdim edilməyib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ