Snapdragon 8 Gen 4-ün sahib ola biləcəyi fərqləndirici özəlliyi açıqlanıb
Elm & Texnologiya
14.03.2024
Emil Nəcəfov
Qualcomm oktyabr ayında baş tutacaq Snapdragon Summit 2024 tədbiri çərçivəsində Snapdragon 8 Gen 4 flaqman prosessorunu təqdim edəcək. Koreyanın kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Snapdragon 8 Gen 4 bazarda LPDDR6 standartlı RAM yaddaşlarını dəstəkləyəcək ilk mobil prosessor ola bilər. Məlumata əsasən iPhone 16 smartfon seriyasında istifadəyə veriləcək A18 Pro prosessoru isə LPDDR5T standartlı RAM yaddaşlarını dəstəkləyəcək. Digər tərəfdən LPDDR6 standartlı RAM yaddaşlarının istehsalı mövzusunda hal-hazırda problemlər yaşandığına görə onların mobil prosessorlara inteqrasiyası 2025-ci ilə kimi də təxirə salına bilər. Buna görə də Snapdragon 8 Gen 4 prosessorunun LPDDR6 standartlı RAM yaddaşlarını dəstəkləyəcəyi məlumatına bir qədər şübhə ilə yanaşmaq lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung-un Snapdragon X Elite prosessorlu noutbukunun qiyməti açıqlanıb
Samsung-un Snapdragon X Elite prosessorlu noutbukunun qiyməti açıqlanıb
Qualcomm şirkəti Snapdragon X Elite adlı desktop prosessorunu keçən il təqdim etsə də, hələ onun vasitəsilə çalışan heç bir noutbuk təqdim edilməyib.
Snapdragon 8 Gen 4 prosessoru Apple A8 Pro-dan daha sürətli çalışacaq
Snapdragon 8 Gen 4 prosessoru Apple A8 Pro-dan daha sürətli çalışacaq
Qualcomm bu ilin oktyabr ayında Snapdragon 8 Gen 4 flaqman prosessorunu təqdim etməlidir.
Qualcomm yeni prosessorlarının təqdimatını anons edib
Qualcomm yeni prosessorlarının təqdimatını anons edib
Qualcomm şirkəti yeni təqdimat tədbirini anons edib. Şirkətin rəsmi anonsuna əsasən yeni təqdimat tədbiri 18 mart tarixində Çində baş tutacaq.
MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
Canalys analitik şirkəti keçən ilin dördüncü rübü üzrə mobil prosessorlar bazarının vəziyyəti ilə bağlı hesabatı təqdim edib.
Snapdragon 8 Gen 4 prosessoru yüksək tezlikdə çalışma potensialına sahibdir
Snapdragon 8 Gen 4 prosessoru yüksək tezlikdə çalışma potensialına sahibdir
İnsayderlər Qualcomm tərəfindən hazırlanan Snapdragon 8 Gen 4 flaqman prosessorunun performansı barəsində yeni məlumatları təqdim ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!