OpenAI şirkəti TSMC vasitəsilə 1.6 nanometrlik süni zəka çiplərini əldə edə bilər
Elm & Texnologiya
03.09.2024
Emil Nəcəfov
Hələ keçən il məlumat ortaya çıxdı ki, OpenAI şirkəti özünün süni zəka çiplərini istehsal etməyi planlaşdırır. Ortaya çıxmış yeni məlumata əsasən isə TSMC şirkətinin çiplərin A16 adlı 1.6 nanometrlik texnoloji proses əsasında hazırlanması üzrə müştərilərindən biri də OpenAI şirkəti ola bilər. Məlumatda qeyd edilib ki, şirkət TSMC-nın çipləri 1.6 nanometrlik texnoloji proses əsasında istehsalını mənimsəyə biləcəyi zamana qədər öz fərdi süni zəka çipi layihəsini tam hazır formaya gətirə biləcəyinə ümid edir.
Qeyd etmək lazımdır ki, TSMC-nın A16 adlı 1.6 nanometrlik texnoloji prosesinin əsas sifarişçisi Apple olaraq qalacaq. Ümumiyyətlə son illərdə TSMC-nın aparıcı prosessor istehsalı texnologiyasının əsas sifarişçisi qismində Apple qalır. Belə ki, Apple öz mobil prosessorlarında daimi inkişafı təmin etməsi səbəbilə o, TSMC-nın yeni aparıcı prosessor istehsalı texnologiyası vasitəsilə istehsal edilən çiplərin ilk müştərisi olur. TSMC öz növbəsində A16 adlı 1.6 nanometrlik texnoloji prosesi 2026-cı ildə mənimsəyəcəyini planlaşdırır.
Yeni məlumatlarda qeyd edilib ki, OpenAI hətta bu mövzuda yalnız öz tələbatları üçün nəzərdə tutulmuş xüsusi zavodun inşası mövzusunu TSMC ilə müzakirə edib. Lakin potensial üstünlüklərin qiymətləndirilməsindən sonra xüsusi zavodun inşası layihəsi təxirə salınıb. OpenAI üçün nəzərdə tutulmuş xüsusi süni zəka çiplərinin hazırlanması ilə ABŞ-ın Broadcom и Marvell Technology kimi şirkətləri məşğul olurlar. Bununla belə OpenAI şirkətinin ilk süni zəka çipləri TSMC-nın 3 nanometrlik texnoloji prosesi əsasında hazırlana bilərlər. Bu halda artıq növbəti nəsil çiplər isə 1.6 nanometrlik texnoloji proses əsasında hazırlanacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT, istifadəçilərinin sayını açıqlayıb!
ChatGPT, istifadəçilərinin sayını açıqlayıb!
OpenAI tərəfindən 2022-ci ilin sonunda istifadəyə verilən GPT dəstəkli çatbot, bütün dünyada milyonlarla insan tərəfindən istifadə olunur. Bəs ChatGPT-nin nə qədər istifadəçisi var?
Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
Dünən xəbər ortaya çıxdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır.
OpenAI şirkəti yeni investisiyalar cəlb etməyə hazırlaşır
OpenAI şirkəti yeni investisiyalar cəlb etməyə hazırlaşır
OpenAI şirkəti generativ süni zəka sahəsinə təsir gücünü aşağı salmaq niyyətində deyil. Bunun üçün şirkət yeni investisiyaları cəlb etməyi planlaşdırır.
OpenAI ChatGPT üçün yeni süni zəka sistemini hazırlayır
OpenAI ChatGPT üçün yeni süni zəka sistemini hazırlayır
The Information saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti Strawberry kod adına sahib yeni süni zəka sistemini istifadəyə verməyə hazırlaşır.
OpenAI, GPT-4o-nun insanları özünə aşiq etdirməsilə bağlı narahatdır!
OpenAI, GPT-4o-nun insanları özünə aşiq etdirməsilə bağlı narahatdır!
Ortaya çıxan məlumatlara görə, bəzi ChatGPT-4o istifadəçilərinin süni intellekt söhbətlərini çox irəliyə apardıqları ortaya çıxıb. OpenAI, bununla bağlı ehtiyat tədbirləri görməyə çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!