OpenAI şirkəti yeni investisiyalar cəlb etməyə hazırlaşır
Tech-Biznes
29.08.2024
Emil Nəcəfov
OpenAI şirkəti generativ süni zəka sahəsinə təsir gücünü aşağı salmaq niyyətində deyil. Bunun üçün şirkət yeni investisiyaları cəlb etməyi planlaşdırır. Şirkətin bu mövzuda istəkləri də kiçik deyil. Belə ki, şirkət bir neçə milyard dollar investisiya cəlb etməyi planlaşdırır. The Wall Street Journal-ın vermiş olduğu məlumata əsasən növbəti investisiya raundu çərçivəsində OpenAI şirkətinin bazar dəyəri 100 milyard dollara yüksələ bilər. Məlumatda qeyd edilib ki, şirkətə yeni investisiyaları Thrive Capital adlı vençur fondu və Microsoft şirkəti yatıracaqlar.
Thrive Capital öz növbəsində şirkətə 1 milyard dollar investisiya yatıracaq. Microsoft tərəfindən olacaq investisiyanın həcmi isə bilinmir. Qeyd etmək lazımdır ki, 2023-cü ilin yanvar ayında Microsoft artıq OpenAI şirkətinə 10 milyard dollar investisiya yatırmışdı. Şirkətin bazar dəyərinin sonuncu dəfə qiymətləndirilməsi keçən ilin sonunda baş vermişdi. Həmin vaxtda OpenAI işçiləri sahib olmuş olduqları şirkət səhmlərini digər investorlara satmışdılar.
Nəticədə şirkətin bazar dəyəri 86 milyard dollara yüksəlmişdi. Thrive Capital adlı vençur fonduna gəldikdə isə o, keçən ildən indiyənə kimi şirkətə artıq bir neçə yüz milyon dollar investisiya yatırıb. Yeni investisiya raundunda daha kimlərin iştirak edəcəkləri hələ bilinmir. OpenAI əldə edəcəyi investisiyaları öz inkişafına istiqamətləndirəcək. Məlumata əsasən GPT-4 adlı süni zəka modelinin hazırlanmasına şirkət 100 milyon dollar vəsait sərf edib. İndi isə şirkət növbəti süni zəka modelinin hazırlanması ilə məşğuldur və onun xərcləri 100 milyon dollardan daha böyük ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI ChatGPT üçün yeni süni zəka sistemini hazırlayır
OpenAI ChatGPT üçün yeni süni zəka sistemini hazırlayır
The Information saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti Strawberry kod adına sahib yeni süni zəka sistemini istifadəyə verməyə hazırlaşır.
OpenAI, GPT-4o-nun insanları özünə aşiq etdirməsilə bağlı narahatdır!
OpenAI, GPT-4o-nun insanları özünə aşiq etdirməsilə bağlı narahatdır!
Ortaya çıxan məlumatlara görə, bəzi ChatGPT-4o istifadəçilərinin süni intellekt söhbətlərini çox irəliyə apardıqları ortaya çıxıb. OpenAI, bununla bağlı ehtiyat tədbirləri görməyə çalışır.
Artıq ChatGPT abunəliyi olmayan istifadəçilər də şəkillər yarada bilərlər!
Artıq ChatGPT abunəliyi olmayan istifadəçilər də şəkillər yarada bilərlər!
Aparıcı süni intellekt şirkəti OpenAI-nin verdiyi açıqlamaya görə, artıq ChatGPT istifadəçiləri, çatbotda məhdud şəkillər yarada biləcəklər.
ChatGPT-nin mobil tətbiqi yeni gəlir rekorduna imza atıb
ChatGPT-nin mobil tətbiqi yeni gəlir rekorduna imza atıb
ChatGPT çat-botunun mobil tətbiqi gəlir məsələsində yeni rekorda imza atıb. Appfigures adlı analitik şirkətin təqdim etmiş olduğu məlumata əsasən sözügedən tətbiqin iyul ayı üzrə təmiz gəliri 28 milyon dollar təşkil edir.
OpenAI-nin CEO-su Sam Altman, X hesabında şifrəli paylaşım edib!
OpenAI-nin CEO-su Sam Altman, X hesabında şifrəli paylaşım edib!
Keçən həftələrdə Project Strawberry kimi sızdırılan süni intellekt, indi OpenAI-nin CEO-su Sam Altman tərəfindən paylaşılmış ola bilər. Altman, X-dakı paylaşımında bağçasındakı çiyələklərin fotosunu yerləşdirib. Bəs bu, nə mənaya gəlir?
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!