
NVIDIA CEO-su robotların və avtonom maşınların onilliyini elan edib
Elm & Texnologiya
13.06.2025
Emil Nəcəfov
NVIDIA şirkətinin baş direktoru Jensen Huang-ın Avropa səfəri təkcə VivaTech 2025 konfransında çıxışı ilə deyil, həm də verdiyi müsahibələrlə müşayiət olundu. Bu müsahibələrin birində o, hazırkı onilliyi robotlar və avtonom maşınların dövrü adlandırdı, tədbirin özündə isə gözlənilmədən kvant kompüterlərinin inkişafı ilə bağlı irəliləyiş elan etdi. Xatırladaq ki, hələ bu ilin yanvar ayında Huang bildirmişdi ki, praktik olaraq tətbiq edilə bilən kvant kompüterlər yalnız bir neçə onillikdən sonra ortaya çıxacaq. Halbuki cəmi 5 ay keçib və artıq NVIDIA-nın təsisçisi və rəhbəri hesab edir ki, kvant kompüterlərinin inkişafı dönüş nöqtəsinə yaxınlaşır və bu cihazlar sürətlə daha güclü, məhsuldar və stabil olurlar.

Huang-ın sözlərinə görə, artıq qarşıdakı bir neçə il ərzində kvant kompüterlər dünyanın müxtəlif yerlərində çox maraqlı məsələlərin həllində istifadə oluna biləcək səviyyəyə çatacaqlar. NVIDIA özü də bu dönüş nöqtəsinə hazırlaşır və Grace Blackwell 200 əsaslı hesablama sistemlərini kvant kompüterlərinə xas olan alqoritmlərlə işləməyə uyğunlaşdırır. Şirkətin təsisçisinin fikrincə, süni zəka sahəsində belə hibrid sistemlər əhəmiyyətli irəliləyişə gətirib çıxaracaq. “Mur qanununda olduğu kimi, mən hər 5 ildən bir məntiqi kubitlərin sayının 10 dəfə, hər 10 ildən bir isə 100 dəfə artacağına ümid edirəm” - deyə NVIDIA şirkətinin təsisçisi öz proqnozunu ifadə edib.
Jensen Huang:

VivaTech konfransı çərçivəsində Jensen Huang həmçinin CNBC nümayəndələri ilə də görüşərək daha bir vacib bəyanat verdi: “Hazırkı onillik avtonom nəqliyyat vasitələrinin, robotların və ümumilikdə avtonom maşınların dövrü olacaq”. Gizli deyil ki, NVIDIA artıq uzun illərdir sənaye avtomatlaşdırması, robototexnika və avtomobil elektronikası sahəsində mövcudluğunu genişləndirməyə çalışır. Bu, uzunmüddətli perspektivdə maliyyə gəliri gətirən, amma olduqca zəhmətli bir fəaliyyətdir. Buna baxmayaraq, şirkət bu sahələr üçün ilbəil yeni həllər yaratmaqda səbr və davamlılıq nümayiş etdirir.

Üstəlik, NVIDIA-nın bulud əsaslı hesablama infrastrukturu qeyd olunan bütün sahələr üzrə vəzifələrin həllini sürətləndirməyə qadirdir. NVIDIA-nın avtopilot sistemləri üçün nəzərdə tutulan aparat və proqram təminatı komponentləri ABŞ və Çin bazarlarında sınaqdan keçirilən və satışa çıxarılan nəqliyyat vasitələrində getdikcə daha geniş tətbiq olunur. Lakin bu sahədə Avropa hələlik geri qalır. Bununla belə, Böyük Britaniya gələn ildən etibarən pilotsuz avtomobillərin öz yollarında istifadəsinə icazə verəcək. Uber və Wayve şirkətləri bu avtomobillərin sınaqlarına bölgədə artıq 2026-cı ilin yazında başlayacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
SpaceX Avropanın kosmik sahəsini tamamilə zəbt edə bilər

SpaceX Avropanın kosmik sahəsini tamamilə zəbt edə bilər
Mənbələrin verdikləri məlumata əsasən bu ilin sonunadək Airbus, Thales və Leonardo şirkətləri əsasında Avropanın kosmik sahədə fəaliyyət göstərən bir monopolist qurumunun yaradılması üzrə danışıqlar başa çata bilər.
Avropa Mars uçuşları üçün nüvə mühərrikləri üzərində çalışır

Avropa Mars uçuşları üçün nüvə mühərrikləri üzərində çalışır
Avropada kosmik gəmilər üçün nüvə mühərriklərinin yaradılması üzərində işlər aparılır. Yeni texnologiya Marsa uçuş müddətini 9 aydan 4-5 aya endirə bilər.
NVIDIA büdcəli GeForce RTX 5050 videokartını təqdim etməyə hazırlaşır

NVIDIA büdcəli GeForce RTX 5050 videokartını təqdim etməyə hazırlaşır
İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti öz yeni videokartını təqdim etməyə hazırlaşır. Söhbət, GeForce RTX 5050-dən gedir.
ABŞ-da hava hərəkətinin idarəsində hələ də disketlərdən və Windows 95-dən istifadə edilir

ABŞ-da hava hərəkətinin idarəsində hələ də disketlərdən və Windows 95-dən istifadə edilir
Dünya rəqəmsal texnologiyalara keçid etdiyi bir zamanda, ABŞ-ın hava hərəkətinin idarə olunması sistemi hələ də məlumat ötürmək üçün disketlərdən və Windows 95 əsasında işləyən kompüterlərdən istifadə edir.
Çin müəyyən regionda qlobal internetə tam çıxışı təmin edəcək

Çin müəyyən regionda qlobal internetə tam çıxışı təmin edəcək
Çin hökuməti Haynan adasında pilot layihənin icrasına başlayıb. Bu layihə, orada qeydiyyatdan keçmiş şirkətlərin əməkdaşlarına Google, Wikipedia, YouTube və TikTok kimi əvvəllər bloklanmış resurslar da daxil olmaqla qlobal internetə tam çıxış imkanı verir.
Həftənin xəbərləri

