
Çin müəyyən regionda qlobal internetə tam çıxışı təmin edəcək
Elm & Texnologiya
10.06.2025
Emil Nəcəfov
Çin hökuməti Haynan adasında pilot layihənin icrasına başlayıb. Bu layihə, orada qeydiyyatdan keçmiş şirkətlərin əməkdaşlarına Google, Wikipedia, YouTube və TikTok kimi əvvəllər bloklanmış resurslar da daxil olmaqla qlobal internetə tam çıxış imkanı verir. Məlumata görə, bu addımlar xarici investisiyaları cəlb etmək və regionu azad ticarət limanı kimi mövqeləndirmək məqsədi daşıyır. Global Connect adlanan xidmət HIDCSC vasitəsilə təqdim olunur. Bu qurum Haynan əyalətinin dövlətə məxsus böyük verilənlərin inkişaf mərkəzinə tabedir.

Şəbəkəyə qoşulmaq üçün istifadəçi ölkənin 3 əsas mobil operatorundan - China Mobile, China Unicom və ya China Telecom - birində 5G dəstəyi olan tarif planına qoşulmalı və işəgötürənə dair məlumatları, o cümlədən şirkətin Vahid Sosial Şəxsiyyət Kodunu təqdim etməlidir. HIDCSC nümayəndəsinin sözlərinə görə, təsdiq prosesi 5 aya qədər vaxt apara bilər, lakin bundan sonra qlobal internetə çıxış pulsuz şəkildə təmin olunur. Qeyd olunur ki, şirkətlərin ölçüsünə və fəaliyyət sahəsinə dair hələlik heç bir məhdudiyyət yoxdur. Bununla belə, hansı saytların əlçatmaz qalacağı barədə nümayəndə dəqiq məlumat verməyib.
Haynan:

Bundan əvvəl beynəlxalq şirkətlərə internetə çıxış üçün xüsusi kanallar təqdim oluna bilirdi, lakin fərdi şəxslər üçün dövlətin Çin firewall sistemini aşmaq demək olar ki, mümkün deyildi. Qeyd edək ki, Çində icazəsiz VPN istifadə etmək qanunsuzdur. Rəsmi şəkildə icazə verilmiş üsullar mövcud olsa da, onlar bahalıdır və əsasən korporativ müştərilər tərəfindən istifadə olunur. Xatırladaq ki, Çin uzun müddətdir internet məkanına ciddi nəzarəti saxlayır və bunu ekstremist məlumatların yayılmasının qarşısını almaq zərurəti ilə izah edir. Daha əvvəl azad iqtisadi zonalarda senzuranın yumşaldıla biləcəyi ilə bağlı şayiələr dolaşırdı, lakin indiyədək bu istiqamətdə konkret addımlar atılmamışdı. Haynan adasında həyata keçirilən yeni pilot layihə bu baxımdan ilk istisnalardan biri olub.
Mənbə: South China Morning Post
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Duzlu suda sürətlə parçalanan ekoloji plastik material hazırlanıb

Duzlu suda sürətlə parçalanan ekoloji plastik material hazırlanıb
Son elmi araşdırmalar göstərir ki, plastiklə çirklənmə artıq hər yerdə baş verir. Mikroplastik insan beynində və digər orqanlarda aşkar edilib.
Volvo ağıllı təhlükəsizlik kəmərləri hazırlayıb

Volvo ağıllı təhlükəsizlik kəmərləri hazırlayıb
İsveçin Volvo şirkəti hələ ötən əsrin 60-cı illərinin əvvəlində üçnöqtəli təhlükəsizlik kəmərlərini patentləşdirmişdi. Bu sistem sonrakı onilliklərdə dünya üzrə geniş şəkildə istifadə olunmağa başladı.
Blue Origin şirkəti Ayın mənimsənilməsi planını açıqlayıb

Blue Origin şirkəti Ayın mənimsənilməsi planını açıqlayıb
Jeff Bezos-a məxsus olan Blue Origin aerokosmik şirkəti Ayın mənimsənilməsi və insanın Yer peykində uzunmüddətli qalması ilə bağlı planları barədə bəzi detalları açıqlayıb.
Xiaomi öz elektromobilləri üçün fərdi prosessor üzərində çalışır

Xiaomi öz elektromobilləri üçün fərdi prosessor üzərində çalışır
Özünün 15 illiyini qeyd edən Xiaomi ötən ay Xring O1 və Xring T1 adlarını daşıyan, özünün hazırladığı iki mobil prosessoru təqdim etmişdi. Bu çiplər əsasən smartfonlar və taxıla bilən elektronika üçün nəzərdə tutulub.
NASA potensial həyatın axtarışı üçün yeni robotunu hazırlayıb

NASA potensial həyatın axtarışı üçün yeni robotunu hazırlayıb
NASA-nın Reaktiv Hərəkətlər Laboratoriyasının (JPL) mühəndisləri Europa Lander adlı robotu hazırlayıblar. Mühəndislər bu robot üzərində 10 il ərzində çalışıblar.
Həftənin xəbərləri

