Neuralink öz beyin çipini ikinci pasientə implantasiya etməyə hazırlaşır
Elm & Texnologiya
21.05.2024
Emil Nəcəfov
Elon Musk-a məxsus olan Neuralink şirkəti bir neçə müddət bundan öncə öz beyin çipini ilk klinik testlər çərçivəsində iflic şəxsin beyninə implantasiya etmişdi. İndi isə məlum olub ki, ABŞ-ın Qida və Dərman Keyfiyyətinə Nəzarət İdarəetməsi şirkətə beyin çipinin ikinci pasientə implantasiya icazəsini təqdim edib. Qeyd etmək lazımdır ki, Neuralink-in beyin çipini bir neçə müddət bundan öncə əldə etmiş ilk pasientdə çipin çalışması ilə bağlı bəzi problemlər ortaya çıxdı.
Belə ki, pasientin beyin qabığına yerləşdirilmiş çipin çalışmasında gecikmələr olurdu. Buna səbəb isə çip elektrodlarının yerdəyişməsi olub. Lakin Neuralink bu problemin aradan qaldırılması həllini tapandan sonra beyin çipinin ikinci pasientə implantasiya icazəsini əldə edib. Şirkət qeyd edilmiş problemin bir daha yaşanmaması üçün çip elektrodlarını beyin qabığının daha dərin hissəsinə yerləşdirməyi planlaşdırır. Məlumata əsasən Neuralink öz beyin çipini ikinci pasientə artıq gələn ay implantasiya etməyi planlaşdırır. Ümumilikdə isə şirkət bu il ərzində 10 nəfərdə bu cür əməliyyatı reallaşdırmağı hədəfləyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xəstənin beyninə yerləşdirilmiş Neuralink çipində nasazlıq aşkar edilib!
Xəstənin beyninə yerləşdirilmiş Neuralink çipində nasazlıq aşkar edilib!
Elon Musk-ın Neuralink beyin çipində ilk insan təcrübəsi zamanı nasazlıq aşkar edilərək bu tip, texnologiyaların gətirə biləcəyi riskləri nümayiş etdirmiş oldu.
Neuralink-in görmə məhdudiyyətli insanlar üçün göz çipi anons edilib
Neuralink-in görmə məhdudiyyətli insanlar üçün göz çipi anons edilib
Neuralink-in təsisçisi və sahibi olan Elon Musk şirkətin yeni məhsulunu anons edib.
Neuralink-in beyin çipini əldə etmiş ilk şəxs artıq fikir gücü vasitəsilə virtual şahmat oynayır (VİDEO)
Neuralink-in beyin çipini əldə etmiş ilk şəxs artıq fikir gücü vasitəsilə virtual şahmat oynayır (VİDEO)
Elon Musk-ın Neuralink şirkəti yanvar ayında öz beyin çipini ilk pasientə implantasiya etdi.
Neuralink-in beyin çipini əldə etmiş ilk pasient fikir gücü vasitəsilə mouse işarəsini idarə etməyi öyrənib
Neuralink-in beyin çipini əldə etmiş ilk pasient fikir gücü vasitəsilə mouse işarəsini idarə etməyi öyrənib
Keçən ay Elon Musk elan etdi ki, onun Neuralink şirkəti öz beyin çipini uğurlu şəkildə insan beyninə implantasiya edib.
Neuralink öz çipini ilk dəfə insan beyninə implantasiya edib
Neuralink öz çipini ilk dəfə insan beyninə implantasiya edib
Uzun müddət ərzində öz çipini insan beyninə implantasiya etmək üçün müvafiq tənzimləyici orqanlardan icazə almağa çalışmış Neuralink şirkəti sonunda bu əməliyyatı reallaşdırıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ