main-post-cover

    Neuralink öz çipini ilk dəfə insan beyninə implantasiya edib

    Elm & Texnologiya
    30.01.2024
    Emil Nəcəfov
         Uzun müddət ərzində öz çipini insan beyninə implantasiya etmək üçün müvafiq tənzimləyici orqanlardan icazə almağa çalışmış Neuralink şirkəti sonunda bu əməliyyatı reallaşdırıb. Bu barədə Elon Musk xəbər verib. Məlumata əsasən ümumilikdə bu il ərzində Neuralink şirkəti 11 nəfər şəxsdə bu cür əməliyyatı keçirtməyi planlaşdırır. İnsanları bu cür riskli əməliyyatın keçirilməsinə razı salan əsas səbəb həmin şəxslərin müxtəlif zədələnmələr nəticəsində öz hərəkət funksiyalarını itirmələridir. Neuralink öz növbəsində insan beyni ilə kompüter arasındakı əlaqə interfeysini elə şəkildə ayarlamağa hədəflənib ki, nəticədə pasient bionik protezləri və ya ekzoskeletləri öz fikir gücü ilə idarə edə bilsin.
         İdeal halda isə şirkət öz beyin çipi sayəsində həmin insanların öz hərəkət funksiyalarını geri qazanmalarına nail olmaq istəyir. Elon Musk-ın sözlərinə əsasən Neuralink-in beyin çipini ələd etmiş ilk şəxs hal-hazırda əməliyyat sonrası sağalma prosesindədir. Qeyd etmək lazımdır ki, Neuralink-in kiçik ölçülü beyin çipi kəllə sümüyünə yerləşdirilir və o, çox nazik elektrodlar vasitəsilə beyinə qoşulur. Musk-ın sözlərinə əsasən Neuralink-in beyin çipini əldə etmiş ilk şəxsin beynindəki neyron aktivliyi artıq çip tərəfindən qeydə alınır. Klinik testlər çərçivəsində sözügedən çipin uğurlu olacağı halda şirkət onu Telepathy adlandırmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər