Müvafiq qurum Starship-in ikinci uçuş tarixini təsdiqləyib
Elm & Texnologiya
15.11.2023
Emil Nəcəfov
Bir neçə gün bundan öncə SpaceX şirkəti Starship-in ilk orbital uçuşunun ikinci cəhdi üçün tarix təyin etdi. Şirkət sözügedən missiyanı 17 noyabr tarixində reallaşdırmağı hədəfləyib. Yəni bu həftə. İndi isə məlum olub ki, ABŞ-ın Mülki Aviasiya İdarəetməsi şirkət tərəfindən təyin edilmiş tarixdə uçuş missiyasının reallaşdırılması üçün razılığını verib. Ehtiyat tarixlər qismində isə 18 və 19 noyabr tarixləri çıxış edəcəklər. Qeyd etmək lazımdır ki, Starship-in ilk orbital uçuşunun birinci cəhdindən demək olar 7 ay keçib. Şirkətin birinci cəhdi nəticədə uğursuz olmuşdu. Belə ki, Starship 40 km hündürlükdə idarəsi mümkün olmayan manevrlər etmişdi. Nəticədə şirkət mühəndisləri məcbur şəkildə Starship-i göydə partlatmalı oldular.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu həftə baş tuta blər
Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu həftə baş tuta blər
Bir neçə müddət bundan öncə məlum oldu ki, SpaceX şirkəti Starship-in ilk orbital uçuşu ilə bağlı ikinci cəhdi üçün ABŞ Federal Aviasiya İdarəetməsindən lazımi icazəni əldə edib.
Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu ayın ortasında baş tuta bilər
Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu ayın ortasında baş tuta bilər
SpaceX şirkəti bildirib ki, Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu ayın ortasında reallaşdırıla bilər.
Starship-in ilk orbital uçuşunun ikinci cəhdinə icazə verilib
Starship-in ilk orbital uçuşunun ikinci cəhdinə icazə verilib
Elon Musk bir neçə həftəyə bütün problemləri həll edərək Starship-i ikinci dəfə Yer kürəsinin orbitinə göndərmək cəhdini reallaşdırmağı planlaşdırırdı.
SpaceX gələn il üçün 144 kosmik uçuş missiyası reallaşdırmağı hədəfləyib
SpaceX gələn il üçün 144 kosmik uçuş missiyası reallaşdırmağı hədəfləyib
SpaceX şirkəti 2024-cü ildə kosmosa çoxlu sayda raket göndərməyi planlaşdırır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!