main-post-cover

    Starship-in ilk orbital uçuşunun ikinci cəhdinə icazə verilib

    Elm & Texnologiya
    04.11.2023
    Emil Nəcəfov
         Elon Musk bir neçə həftəyə bütün problemləri həll edərək Starship-i ikinci dəfə Yer kürəsinin orbitinə göndərmək cəhdini reallaşdırmağı planlaşdırırdı. Lakin buna Nail olmaq mümkün olmadı. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti Starship-i ilk dəfə aprel ayında Yer kürəsinin orbitinə göndərməyə cəhd etdi. Lakin Starship-in prototipi 40 km yüksəklikdə idarə edilməsi mümkün olmayan manevrlər reallaşdırmağa başladı və nəticədə şirkət məcbur qalaraq onu göydə partlatmalı oldu.
         Həmin uçuş cəhdi zamanı raketin mühərrikləri start meydançasını ciddi şəkildə zədələmişdi. Lakin şirkət bu müddət ərzində mövcud problemləri həll etməyi bacardı. Nəticədə məlum olub ki, ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) Starship-in ikinci orbital uçuş cəhdinə icazə verib. SpaceX bir neçə ay ərzində məhz bu icazənin əldə edilməsini gözləyirdi. İndi isə Starship-in ilk orbital uçuşunun ikinci cəhdinin yaxın zamanda baş tutacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    SpaceX gələn il üçün 144 kosmik uçuş missiyası reallaşdırmağı hədəfləyib
    spacex-gelen-il-ucun-144-kosmik-ucus-missiyasi-reallasdirmagi-hedefleyib