Külək turbinlərinin quraşdırılması xərclərini 50% azaldan texnologiya inkişaf etdirilib!
Elm & Texnologiya
31.07.2024
Farid Pardashunas
ABŞ-ın enerji şirkəti CLS Wind-in texnologiyası, külək turbinlərinin quraşdırılmasında 50% xərclərə qənaət etməyə imkan verir. Şirkət, həmçinin 75%-ə qədər aşağı emissiya miqdarı da vəd edir.
CLS Wind-in patentləşdirilmiş lift tipli montaj sistemi, böyük kranlar və ağır yükdaşıyan barjalar və ya gəmilərdən istifadə etmədən külək turbinlərinin daha asan, təhlükəsiz və daha sürətli quraşdırılmasını vəd edir. Bundan əlavə, eyni üsuldan istifadə etməklə, texniki xidmət və quraşdırma işləri daha tez və sərfəli şəkildə idarə oluna bilər. CLS Wind CEO-su Kent A. Johnson, Amerika Gəmiçilik Bürosu (ABS) tərəfindən prinsipcə təsdiqlənmiş metod üçün “oyunun qaydalarını dəyişdirən texnologiya” ifadəsindən istifadə edir. CLS Wind-in məlumatına görə, yeni texnologiya, turbin və mühərrik bölməsini ağır yükdaşıyan barjalar və gəmilər olmadan quraşdırmaq imkanı verir. Bundan əlavə, təmir və əsas təkmilləşdirmələr daha sürətli və daha ucuz həyata keçirilə bilər.
Bu sistem dizaynı, bütün platformalara uyğun olduğundan, geniş yayılmış kiçik kranlardan istifadə etməklə həyata keçirilə bilər. Proseslərin sürətləndirilməsi ilə paralel olaraq şirkət, 75%-ə qədər emissiyaların azaldılmasının mümkün olduğunu bildirir. ABŞ, 2010-cu ildə 47 GVt olan külək tutumunu son illərdə 3 dəfədən çox artıraraq 2023-cü ilin sonuna qədər 147.5 GVt-a çatdırıb. Bununla belə, Global Data tərəfindən hazırlanan hesabata görə, külək turbinlərindən istifadə nisbəti 2023-cü ildə 33.5%-ə düşərək son 8 ilin ən aşağı səviyyəsinə geriləmiş vəziyyətdədir. Ehtimal olunur ki, bu azalma xərclərlə bağlı narahatlıqlardan qaynaqlanıb. ABŞ, CLS Wind kimi innovativ həllər hazırlayan startaplar üçün 48.6 milyon dollarlıq mükafat proqramı həyata keçirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ilk şəbəkə miqyaslı dalğa enerjisi qurğusu qurulub!
Dünyanın ilk şəbəkə miqyaslı dalğa enerjisi qurğusu qurulub!
Dənizdə dalğaların yaratdığı təzyiqdən istifadə edən bərpa olunan enerji mənbəyi olan dalğa enerjisi üçün dünyada ilk şəbəkə miqyaslı qurğu istifadəyə verilib.
Bərpa olunan enerjinin həcmi yaxın zamanda kömür enerji həcmini geridə qoyacaq
Bərpa olunan enerjinin həcmi yaxın zamanda kömür enerji həcmini geridə qoyacaq
Beynəlxalq Energetika Agentliyinin mütəxəssislərinin sözlərinə əsasən bütün dünya üzrə bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin həcmi kömür elektrik stansiyalarının istehsal etdikləri enerjinin həcmini artıq 2025-ci ildə geridə qoyacaq.
3 gəncin hazırladığı avtomobil sayəsində bir damcı belə benzin istifadə olunmadan 5000 km yol qət oluna bilinib!
3 gəncin hazırladığı avtomobil sayəsində bir damcı belə benzin istifadə olunmadan 5000 km yol qət oluna bilinib!
ABŞ-da keçirilən bir yarış çərçivəsində bərpa oluna bilən enerjilər ön plana çıxıb. Belə ki, 3 gənc mühəndisdən ibarət komanda, New York-dan Los Angeles-ə 5000 km məsafəni tamamilə günəş enerjisi ilə qət etməyi bacarıb.
Ənənəvi külək turbinlərinə meydan oxuyacaq nəhəng "külək divarı" layihəsi hazırlanır!
Ənənəvi külək turbinlərinə meydan oxuyacaq nəhəng "külək divarı" layihəsi hazırlanır!
Küləkdən enerji əldə etməyin müxtəlif yolları var. Bu dəfə isə bir şirkət, ənənəvi 3 qanadlı külək turbinlərindən fərqli olaraq çoxsaylı turbinlərdən ibarət külək divarı hazırlamağı planlaşdırır.
Dünyanın ən böyük 2 rotorlu üzən külək platforması tikilib!
Dünyanın ən böyük 2 rotorlu üzən külək platforması tikilib!
Çinin ən böyük külək turbinləri istehsalçısı MingYang, son aylarda təqdim etdiyi dünyanın ən böyük 2 rotorlu üzən külək platforması olan OceanX-in tikintisini tamamlayıb.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!