Dünyanın ən böyük 2 rotorlu üzən külək platforması tikilib!
Elm & Texnologiya
17.07.2024
Farid Pardashunas
Çinin ən böyük külək turbinləri istehsalçısı MingYang, son aylarda təqdim etdiyi dünyanın ən böyük 2 rotorlu üzən külək platforması olan OceanX-in tikintisini tamamlayıb.
V formalı qüllə quruluşuna malik olan OceanX, iki qülləsində ddə Mingyang MySE8.3-180 (8.3 MVt) hibrid idarə olunan dəniz külək turbinini daşıyır. Bu iki turbin sayəsində ümumi olaraq 16.6 MVt tutum təmin edilir. Bu günə qədər külək sənayesində qurulan ən fərqli dizaynlardan biri olan dizaynın küləyin tutmasında daha müvəffəqiyyətli olduğu ifadə edilir. Mingyang, OceanX platformasındakı körpülərdə tez-tez gördüyümüz kabel bağlama sistemindən istifadə edir. Bildirilir ki, bu kabel çəkmə üsulu yükün ötürülməsini asanlaşdırır və qüllə strukturunun daha yüngül olmasına şərait yaradır.
Mingyang, açıqlamasında, OceanX-in yenilikçi V formalı qüllə dizaynının istehsal səmərəliliyini artırdığını və xüsusilə son dərəcə şiddətli tayfun şəraitində son yükü azaltdığını bildirir. Bundan əlavə, qüllədə asan giriş üçün həm lift, həm də pilləkənlər var. İldə təxminən 54.000 MVt elektrik enerjisi istehsal edəcəyi gözlənilən platformanın təxminən 30.000 ev təsərrüfatını enerji ilə təmin edəcəyi gözlənilir. Bildirilir ki, qanadının diametri 182 m olan OceanX-in çəkisi təxminən 16500 tondur və ən azı 35 m dərinlikdəki sularda işləmək üçün nəzərdə tutulub. Digər tərəfdən, Mingyang-ın saytına görə, OceanX, 79.8 m/s-ə qədər olan küləklərə və 30 metrə çatan dalğalara tab gətirə bilir. OceanX-in dənizdə üzən külək turbinləri sənayesində xərcləri və quraşdırma problemlərini azaldacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyda ilk dəfə taxta qanadlı külək turbini hazırlanıb!
Dünyda ilk dəfə taxta qanadlı külək turbini hazırlanıb!
Almaniyanın Voodin Blade Technology şirkəti, dünyada ilk taxta qanadlı külək turbinini quraşdırdığını açıqlayıb.
Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
Bütün dünyada elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payı rekord göstəricidə artıb. Söhbət, 33%-lik artımdan gedir. Əsas artımı Günəş və külək enerji mənbələri sərgiləyiblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ