main-post-cover

    Kök hüceyrə müalicəsi ilə ilk dəfə insanlarda görmə qabiliyyəti bərpa edilib!

    Elm & Texnologiya
    14.11.2024
    Farid Pardashunas

         İlk dəfə tətbiq olunan kök hüceyrə müalicəsi 4 nəfərdə görmə qabiliyyətini bərpa edib. Aparılan tədqiqatda bu 4 nəfərin hamısında ciddi buynuz qişası zədəsi olduğu və əhəmiyyətli yaxşılaşma əldə edildiyi qeyd olunub.

         Kök hüceyrə köçürülən, ağır görmə pozuntusu olan 3 nəfərdə bir ildən çox müddət ərzində davam edən əhəmiyyətli yaxşılaşma müşahidə edilib. Ağır görmə pozuntusu olan 4-cü şəxs də görmə qabiliyyətində yaxşılaşma yaşayıb, lakin bu yaxşılaşmanın uzunmüddətli olmadığı bildirilib. Bu 4 xəstə, gözün şəffaf səthi olan buynuz qişasındakı zədələri bərpa etmək üçün yenidən proqramlaşdırılmış kök hüceyrələrlə müalicə olunan ilk şəxslər olublar. Mütəxəssislər müalicənin təhlükəsiz göründüyünü, lakin daha geniş klinik araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.
         Buynuz qişası, gözün limbal halqasında yerləşən kök hüceyrələr sayəsində özünü yeniləyə bilir. Lakin limbal kök hüceyrə çatışmazlığı (LSCD) adlanan vəziyyətdə, bu yeniləyici kök hüceyrələr azalır və ya tamamilə tükənir. Bu vəziyyət buynuz qişasında yara toxumasının yığılmasına və nəticədə korluğa səbəb olur. Travma, autoimmune xəstəliklər və genetik amillər də LSCD-yə yol aça bilər. Digər tərəfdən, LSCD müalicələri olduqca məhduddur və adətən xəstənin sağlam gözündən alınan kök hüceyrələrin transplantasiyasını əhatə edir. Lakin hər 2 göz təsirləndikdə bu üsulu tətbiq etmək təəssüf ki, mümkün olmur. Orqan bağışlayanlardan alınan buynuz qişası köçürmələri isə bəzən alıcının immun sistemi tərəfindən rədd edilir.
         Tədqiqat qrupu isə kök hüceyrə müalicəsində fərqli bir metoddan istifadə edərək induksiya olunmuş pluripotent kök (iPS) hüceyrələrini seçib. Sağlam bir donorun qan hüceyrələri embrionabənzər vəziyyətə gətirilib və daha sonra buynuz qişanın epitel hüceyrələrinə çevrilib. Hazırlanmış bu epitel hüceyrə təbəqəsi xəstələrin buynuz qişalarında olan yara toxuması təmizləndikdən sonra göz üzərinə yerləşdirilib. Transplantasiyadan sonra aparılan 2 illik müşahidələr müalicənin böyük yan təsirlərə yol açmadığını göstərib. Heç bir xəstədə şiş yaranması müşahidə edilməyib və immun sistem köçürülmüş hüceyrələrə hücum etməyib. Müalicəni hazırlayan mütəxəssislərdən biri olan Kapil Bharti, bu nəticələrin ümidverici olduğunu, lakin müalicənin təhlükəsizliyini təsdiqləmək üçün daha çox transplantasiya edilməli olduğunu qeyd edib.
         Transplantasiyalardan sonra 4 alıcının hamısında dərhal görmə yaxşılaşması və LSCD-dən təsirlənmiş buynuz qişası sahəsində azalma müşahidə edilib. Yaxşılaşmalar, 1 illik müşahidə dövründə azca geriləyən bir alıcı istisna olmaqla, qalan hamısında davam edib. Alimlər görmə yaxşılaşmasının tam olaraq nəyə bağlı olduğunu hələ də dəqiq anlamadıqlarını qeyd edirlər. Transplantasiya edilən hüceyrələrin alıcının buynuz qişasına yapışıb, çoxalmış ola biləcəyini və ya köçürmə öncəsi aparılan yara toxuması təmizliyinin bu yaxşılaşmaya təsir etmiş ola biləcəyini düşünürlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər bədən istiliyini enerjiyə çevirməyin yeni bir yolunu tapmış ola bilərlər!
    alimler-beden-istiliyini-enerjiye-cevirmeyin-yeni-bir-yolunu-tapmis-ola-bilerler
    Kosmosdan gələn sirli FRB siqnallarının mənbəyi aşkarlanmış ola bilər!
    kosmosdan-gelen-sirli-frb-siqnallarinin-menbeyi-askarlanmis-ola-biler
    Okeanın dibində "qaranlıq oksigen" aşkar edilib!
    okeanin-dibinde-qaranliq-oksigen-askar-edilib
    Tədqiqatçılar okeanın dibində qeyri-adi bir kərpic yol kəşf ediblər! (VİDEO)
    tedqiqatcilar-okeanin-dibinde-qeyri-adi-bir-kerpic-yol-kesf-edibler-video
    Bədən temperaturu və depresiyanın bir-birilə əlaqəli olduğu kəşf edilb!
    beden-temperaturu-ve-depresiyanin-bir-birile-elaqeli-oldugu-kesf-edilb