main-post-cover

    Okeanın dibində "qaranlıq oksigen" aşkar edilib!

    Elm & Texnologiya
    05.11.2024
    Farid Pardashunas

         Alimlər okean diblərinin oksigenlə dolu olduğunu müəyyən ediblər. Sonsuz qaranlıqda əmələ gələn bu oksigenə "qaranlıq oksigen" adı verilib. Bəs qaranlıq oksigen necə yaranır?

         Həyatımız üçün vacib olan oksigen əsasən fotosintez yolu ilə yaranır. Bitkilər, istər suda, istərsə də quruda, işıqdan istifadə edərək oksigen istehsal edirlər. Lakin edilən kəşflə bunun tamamilə doğru olmadığı aydın olub. Çünki okean dibindəki sonsuz qaranlıqda da oksigen istehsal oluna bilir.
         Sakit okeanın dərinliklərində aparılan tədqiqata görə, okean dibində oksigen istehsalı "polimetal filiz" adlanan mineral konsentratları və metal yığıntıları tərəfindən təmin edilir. Filizlərin yaratdığı enerji və metal yığıntılarının elektrolizi nəticəsində isə qaranlıq oksigen əmələ gəlir. Tədqiqat nəticələrinə əsasən, okean dibində filizlərin sıxlığı və metal yığıntıları nə qədər çoxdursa, yaranan oksigenin miqdarı da o qədər çox olur.
         Okean dibindəki metalları dəyərli etmək üçün aparılan bu kəşf, elmi dairələrdə böyük maraq oyadıb. Çünki mütəxəssislərə görə, okean dərinliklərində yaranan oksigen həyat üçün mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə bu sahədə aparılacaq detallı tədqiqatlar, həyatın əsaslarına enmək istəyən alimlər üçün yeni imkanlar təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tədqiqatçılar okeanın dibində qeyri-adi bir kərpic yol kəşf ediblər! (VİDEO)
    tedqiqatcilar-okeanin-dibinde-qeyri-adi-bir-kerpic-yol-kesf-edibler-video
    Bədən temperaturu və depresiyanın bir-birilə əlaqəli olduğu kəşf edilb!
    beden-temperaturu-ve-depresiyanin-bir-birile-elaqeli-oldugu-kesf-edilb
    Alimlər süni intellektdən istifadə edərək qoxuları "teleportasiya" etməyi bacarıblar!
    alimler-suni-intellektden-istifade-ederek-qoxulari-teleportasiya-etmeyi-bacariblar
    Tarixdə ilk dəfə əfsanələrdə adı keçən bir insanın skeleti tapılıb!
    tarixde-ilk-defe-efsanelerde-adi-kecen-bir-insanin-skeleti-tapilib
    NVIDIA əməkdaşı dünyanın ən böyük sadə ədədini kəşf edib!
    nvidia-emekdasi-dunyanin-en-boyuk-sade-ededini-kesf-edib