main-post-cover

    İnsan beynində mikroplastik hissəciklərin miqdarı son illərdə 50% artıb

    Elm & Texnologiya
    06.02.2025
    Emil Nəcəfov
          ABŞ alimləri insan orqanizmində mikoplastik hissəciklərin səviyyəsini qiymətləndirən yeni bir araşdırmanın nəticələrini dərc ediblər. Bu dəfə onlar beyində 12 fərqli polimeri və o cümlədən məişətdə geniş istifadə olunan polietileni aşkar ediblər. Tədqiqatçılar mikroplastikin əsas mənbəyinin ət məhsulları ola biləcəyini düşünürlər. Hazırda dünyada plastik materialların istehsalı fasiləsiz şəkildə davam edir və yerli səviyyədə plastik torbaların və qablaşdırmaların qadağan edilməsi qlobal problemi həll etməyə kifayət etmir. Hazırda illik plastik material istehsalı 300 milyon tondan çoxdur, və təxminən 2.5 milyon ton plastik tullantı dünyanın okean sularında üzür.
         Alimlər anlayırlar ki, mikro və nano-plastiklərin ətraf mühitdəki konsentrasiyası yalnız artacaq. Buna görə onlar bu hissəciklərin insan orqanizminə təsirini mütəmadi olaraq araşdırırlar. Yeni bir araşdırmada Nyu-Meksiko Universitetinin alimləri son 8 il ərzində insan beynindəki mikoplastik hissəciklərin miqdarının 50% artdığını müəyyən ediblər. Bu nəticəyə gəlmək üçün tədqiqatçılar lobus korteksindən (alın payı) götürülmüş 52 beyin nümunəsini analiz ediblər. Bu beyin bölgəsi qərar qəbuletmə, düşünmə, hərəkət və digər həyati funksiyalardan cavabdehdir. Araşdırma nəticəsində beyindəki mikoplastik hissəciklərin konsentrasiyasının qaraciyər və böyrəklərlə müqayisədə daha yüksək olduğu aşkar edilib.
         Tədqiqat mikroskopik vizuallaşdırma və molekulyar analizlər vasitəsilə aparılıb, bunun sayəsində kimyəvi tərkib dəqiq müəyyən edilib. Ümumilikdə beyində 12 müxtəlif polimer, o cümlədən polietilen aşkar edilib. Tədqiqatın müəllifi Matthew Campen hesab edir ki, mikroplastikin əsas hissəsi insan orqanizminə qida, xüsusilə ət vasitəsilə daxil olur. "Ticarət məqsədilə ət istehsalı adətən plastik hissəciklərinin qida zəncirində cəmlənməsinə səbəb olur" - deyə Matthew bildirib. Araşdırma zamanı mağazalardan alınan ət məhsullarında yüksək miqdarda plastik aşkar edilib. Alimlər mikroplastikin orqanizmə uzunmüddətli təsirlərini öyrənməyə yeni başlayıblar. Məsələn, bir tədqiqat nəticəsində damar sistemində mikroplastikin olması insult, infarkt və ümumi ölüm riskini 5 dəfə artırdığı müəyyən edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər ilk dəfə mikroplastik hissəciklərin damarlarda hərəkətlərini vizual şəkildə izləyiblər
    alimler-ilk-defe-mikroplastik-hisseciklerin-damarlarda-hereketlerini-vizual-sekilde-izleyibler
    Havadakı mikroplastik hissəciklərin yeni buludları formalaşdırdıqları məlum olub
    havadaki-mikroplastik-hisseciklerin-yeni-buludlari-formalasdirdiqlari-melum-olub
    Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
    bu-il-200-milyon-tondan-cox-plastik-tullanti-formalasacaq
    Mikroplastik tullantılar probleminin miqyası düşünüldüyündən daha böyük ola bilər
    mikroplastik-tullantilar-probleminin-miqyasi-dusunulduyunden-daha-boyuk-ola-biler
    Beyində mikroplastikin yığılması Altsheymer xəstələyinə səbəb ola bilər
    beyinde-mikroplastikin-yigilmasi-altsheymer-xesteleyine-sebeb-ola-biler