main-post-cover

    Google öz data mərkəzlərində elektrik enerjisini nüvə reaktorları hesabına təmin edəcək

    Elm & Texnologiya
    16.10.2024
    Emil Nəcəfov
         Google şirkəti nüvə energetikası sahəsində fəaliyyət göstərən Kairos Power adlı startap ilə müqavilə bağladığını elan edib. Müqavilənin şərtlərinə əsasən bu startap şirkət üçün kompakt ölçülü nüvə reaktorlarını inşa edəcək. İnşa ediləcək nüvə reaktorları Google şirkətinin data mərkəzlərinin elektrik enerjisi ilə təmin olunmasında istifadə ediləcək. İki şirkət arasındakı razılaşmaya əsasən Google 500 meqavat elektrik enerjisi əldə edəcək. Google şirkətinin sözlərinə əsasən nüvə reaktorları artıq bu onilliyin sonuna kimi istifadəyə verilməlidir. Qeyd etmək lazımdır ki, şirkətlər öz data mərkəzlərinin fəaliyyətlərinin fasiləsiz şəkildə təmin edilməsi üçün böyük həcmdə elektrik enerjisinə ehtiyac duyurlar.
         Süni zəka texnologiyası isə data mərkəzlərinin enerji sərfiyyatlarını daha da yüksəldib. Buna görə də Google, MicrosoftAmazon kimi şirkətlər nüvə energetikasına müraciət edirlər. Qeyd etmək lazımdır ki, Kairos Power adlı startap modul tipli kiçik ölçülü nüvə reaktorları (SMR) sahəsində fəaliyyət göstərir. SMR öz növbəsində atom elektrostansiyalarının inşası prosesini sürətləndirməyə və xərcləri aşağı salmağa hədəflənib. Mövcud olan atom elektrostansiyalarının əksəriyyəti irimiqyaslı obyektlərdir. Onlar 1000 meqavat həcmində elektrik enerjisini generasiya edə bilirlər. Lakin onların layihələşdirilməsinə bir neçə il, inşalarına isə onilliklərlə vaxt lazım olur. SMR isə öz növbəsində bu problemləri aradan qaldırmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Foto tərtibatı üçün olan Imagen 3 süni sistem bütün Google Gemini istifadəçiləri üçün aktiv olub
    foto-tertibati-ucun-olan-imagen-3-suni-sistem-butun-google-gemini-istifadecileri-ucun-aktiv-olub
    Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
    kvant-komputerlerinin-superkomputerleri-nece-usteleye-bileceyi-melum-olub
    ABŞ məhkəməsi Google Chrome-un Android-dən çıxarılmasını tələb edir!
    abs-mehkemesi-google-chrome-un-android-den-cixarilmasini-teleb-edir
    ABŞ hökuməti Google şirkətini "parçalaya" bilər
    abs-hokumeti-google-sirketini-parcalaya-biler
    Google, Android üçün yenilənmələrin izlənməsi prosesini sadələşdirəcək
    google-android-ucun-yenilenmelerin-izlenmesi-prosesini-sadelesdirece