ABŞ hökuməti Google şirkətini "parçalaya" bilər
Tech-Biznes
09.10.2024
Emil Nəcəfov
Avqust ayında ABŞ-ın federal hakimi Amit Mehta, Google şirkətinin monopolist olduğunu təyin etmişdi. Nəticədə ABŞ Ədliyyə Nazirliyi şirkətin qanunsuz davranışının aradan qaldırılmasına və həmçinin axtarış sistemləri bazarında rəqabətin bərpasına istiqamətlənmiş təklifləri formalaşdırmağa başladı. Bu mövzuda geniş tədbirlərin görülməsi mümkün ola bilər. Şirkətin bazardakı davranışına nəzarət üçün razılığın əldə edilməsindən tutmuş Chrome, Android və Google Play də daxil olmaqla şirkəti bəzi bizneslərinin satılmasına məcbur etməyə kimi.
Brauzer, mobil platforma və mobil tətbiqlər mağazası Google şirkətinin axtarış sistemləri bazarındakı dominant vəziyyətinin güclənməsinə şərait yaradan faktorlar hesab edilir. Tənzimləyici orqanların göstərdikləri əsas problem isə odur ki, Google öz axtarış sisteminin digər platformalarda standart axtarış sistemi kimi qalmasına görə həmin platformaların sahiblərinə müəyyən məbləğdə ödənişlər edir. Buna misal olaraq Apple şirkətini gətirmək olar.
Google axtarış sisteminin Apple şirkətinin müxtəlif platformalarında standart axtarış sistemi kimi qalması üçün Apple hər il Google-dan milyardlarla dollar vəsait əldə edir. “Rəqiblər öz məhsullarının yayılmaları üçün Apple kimi platformalardan istifadə edə bilmirlər. Belə ki, Google şirkətinin maliyyə ödənişləri proqramı onun partnyorlarını rəqiblərə təklif sorğusu göndərmək stimulundan məhrum edir” - deyə ABŞ Ədliyyə Nazirliyi qeyd edib. Google isə ənənəyə sadiq qalaraq Ədliyyə Nazirliyinin bu fikirləri və təklifləri ilə qəti şəkildə razı deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google, Android üçün yenilənmələrin izlənməsi prosesini sadələşdirəcək
Google, Android üçün yenilənmələrin izlənməsi prosesini sadələşdirəcək
Google şirkətinin yaxın zamanda Android üçün təqdim edəcəyi funksiya əməliyyat sisteminə istiqamətlənmiş bütün yenilənmələri izləməyə imkan verəcək. Məlumata əsasən Google Play Services-da “What's new” adlı yeni bölmə işə düşəcək.
Google axtarış nəticələri üçün göy təsdiq işarəsini test etməyə başlayıb
Google axtarış nəticələri üçün göy təsdiq işarəsini test etməyə başlayıb
Google axtarış nəticələrində göy təsdiq işarəsinin istifadəyə verilməsi ilə bağlı təcrübəyə start verib.
Smartfonun oğurlanmasına qarşı yeni təhlükəsizlik funksiyaları Android üçün istifadəyə verilir
Smartfonun oğurlanmasına qarşı yeni təhlükəsizlik funksiyaları Android üçün istifadəyə verilir
Google şirkəti may ayında Android üçün yeni təhlükəsizlik funksiyalarını anons etmişdi. Söhbət, Theft Detection Lock, Offline Device Lock və Remote Lock adlı funksiyalardan gedir.
Süni zəka texnoloji şirkətləri nüvə energetikasına nəzər yetirməyə məcbur edib
Süni zəka texnoloji şirkətləri nüvə energetikasına nəzər yetirməyə məcbur edib
Öz data mərkəzləri üçün ekoloji təmiz enerjinin axtarışı istiqamətində Amazon və Microsoft kimi nəhəng texnoloji şirkətlər atom elektrostansiyaları ilə müqavilələr bağlayıblar.
Google Lens videolar üzrə axtarış imkanını əldə edib
Google Lens videolar üzrə axtarış imkanını əldə edib
Google şirkəti Google Lens tətbiqini yeniləyib. Yenilənmiş Google Lens videolar üzrə axtarış etmək özəlliyini əldə edib. Bundan sonra istifadəçi video çəkəndən sonra Google Lens-ə videoda əks olunlar barəsində səs vasitəsilə suallar verə biləcək.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!