Elmə məlum ən kiçik ulduz kəşf edilib
Elm & Texnologiya
21.02.2024
Emil Nəcəfov
Alimlər elmə məlum olan ən kiçik ulduzu kəşf ediblər. Kəşf edilmiş ulduz Yer kürəsindən sadəcə 7 dəfə böyükdür və o, Günəş sistemindən 2760 işıq ili uzaqlığında yerləşən ikili ulduz sistemində ağ cırtdan (ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlar) ətrafında dövr edir. Bu cür ulduzların mövcudluqları ilk dəfə 20 il bundan öncə çinli alimlər tərəfindən proqnozlaşdırılmışdı. İndi isə bu, praktiki müşahidə vasitəsilə sübut edilib.
J0526B adlı ağ cırtdan ilə J0526A adlı subcırtdandan təşkil edilmiş ikili ulduz sisteminin parlaqlığı olduqca aşağıdır. Buna görə də bu ikili ulduz sisteminin ən kiçik ulduzunu müşahidə etmək olduqca qəlizdir. Lakin J0526B-nin parlaqlığındakı dəyişiklik hesabına alimlər ən kiçik ulduzun kütləsini və dövretmə müddətini hesablaya biliblər. Məlum olub ki, hər iki ulduz ümumi kütlə mərkəzi ətrafında tam dövrü 20 sutkaya reallaşdırırlar. J0526B-nin kütləsi 0.03 Günəş kütləsinə bərabərdir. J0526A adlı ən kiçik ulduzun kütləsi isə Saturnun kütləsindən bir qədər azdır. İndiyənə kimi bu cür kütləyə sahib ulduza rast gəlinməmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İlk qara dəliklər ulduzlardan formalaşmamış ola bilərlər
İlk qara dəliklər ulduzlardan formalaşmamış ola bilərlər
İlk ulduzlar ilə qara dəliklər mövzusunda əsas problem toyuq ilə yumurta probleminə bənzəyir. Yəni ilk olaraq hansı formalaşıb?
Elmə məlum ən qədim qara dəlik kəşf edilib
Elmə məlum ən qədim qara dəlik kəşf edilib
Kembric Universitetinin alimləri elmə məlum ən qədim qara dəliyi kəşf ediblər. Kəşf edilmiş qara dəliyin yaşı kainatın yaşına yaxındır.
Smartfondan uzunmüddətli istifadə beyin fəaliyyətini aşağı sala bilər
Smartfondan uzunmüddətli istifadə beyin fəaliyyətini aşağı sala bilər
Heydelberq, Köln və Padua Universitetlərində yerləşən Psixososial Tibb Mərkəzinin mütəxəssisləri bildiriblər ki, smartfondan uzunmüddətli istifadə beyin fəaliyyətini aşağı sala bilər.
Enseladın qeyzerlərində həyatın formalaşması üçün vacib molekullar aşkar edilib
Enseladın qeyzerlərində həyatın formalaşması üçün vacib molekullar aşkar edilib
NASA-nın Cassini kosmik aparatı tərəfindən əldə edilmiş məlumatların yeni analizi heyrətləndirici kəşfi etməyə imkan verib.
Süd Yolu qalaktikasının mərkəzində digər qalaktikadan gəlmiş ulduz yerləşir
Süd Yolu qalaktikasının mərkəzində digər qalaktikadan gəlmiş ulduz yerləşir
Süd Yolu qalaktikasının mərkəzində yerləşən ulduzun 8 illik müşahidəsindən sonra yapon alimlər belə qənaətə gəliblər ki, müşahidıə edilən ulduz bizim qalaktikamızın mərkəzinə digər qalaktikadan gəlib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ