Dünyanın ilk niobium əsaslı batareyası təqdim edilib!
Elm & Texnologiya
25.09.2024
Farid Pardashunas
İsveçrəli enerji saxlama pioneri Leclanche SA, niobium bazlı aktiv anod materialı olan dünyanın ilk litium-ion batareya hüceyrəsi XN50-ni təqdim edib. Yeni batareya ciddi üstünlüklər təklif edir.
Leclanche SA-nın CEO-su Pierre Blanc, "Dünyanın ilk kommersiya XNO Li-ion hücresini bazara təqdim etməkdən böyük məmnunluq duyuruq" deyərək düşüncələrini ifadə edib. Leclanche, mövcud litium-titanyum-oksid (LTO) batareya həlləri əvəzinə, XN50-dən istifadə edərək yeni batareya modulları və paketləri təqdim etməyi planlaşdırır. XN50, Cambridge mərkəzli Echion Technologies tərəfindən hazırlanmış niobium əsaslı XNO texnologiyasını istifadə edir. Echion, xüsusilə ağır iş tətbiqləri üçün sürətli enerji doldurma dəstəyi təklif edən bu yeni texnologiyanı inkişaf etdirərkən ətraf mühitə təsiri də azaltmağa müvəffəq olub.
Niobium bazlı XNO texnologiyasını istifadə edən XN50, LTO texnologiyası ilə müqayisədə 50% daha yüksək enerji sıxlığına malikdir və sürətli enerji doldurma imkanı təklif edir. Həmçinin çətin şəraitlərdə belə üstün performans göstərərək təhlükəsizlikdən güzəştə getmir. Batareya 10.000-dən çox dövr ömrünə malikdir və intensiv istifadədən sonra belə tutumunun 3%-indən azını itirir.
Batareyanın PFAS-sız su bazlı katod formulası ətraf mühitə zərəri minimuma endirir. Şirkətə görə, XNO texnologiyası qlobal istiləşmə potensialında 51%-lik azalma təmin edir. XN50-nin qatarlar, mədən yük maşınları, e-avtobuslar və ağır sənaye vasitələri kimi bir çox sahədə istifadə ediləcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çinli tədqiqatçılar, kəsildikdə belə çalışa bilən batareyalar hazırlayıblar!
Çinli tədqiqatçılar, kəsildikdə belə çalışa bilən batareyalar hazırlayıblar!
Çin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları, kəsildikdə belə çalışa bilən litium-kükürdlü (Li-S) batareya prototipi hazırlayıblar.
Tibb sənayesində inqilab: Saç teli qalınlığında super nazik batareyalar hazırlandı!
Tibb sənayesində inqilab: Saç teli qalınlığında super nazik batareyalar hazırlandı!
MIT tədqiqatçıları, hüceyrə ölçülü robotları gücləndirə biləcək kiçik bir batareya hazırlayıblar. Yeni sink-hava batareyası, yalnız bir saç teli qalınlığındadır və tibbdə inqilab edə bilər.
Dünyanın ilk litiumu əvəz edə biləcək 18650 kalium-ion batareyası təqdim edilib!
Dünyanın ilk litiumu əvəz edə biləcək 18650 kalium-ion batareyası təqdim edilib!
Texasda yerləşən Group1 startapı, geniş istifadə olunan 18650 silindrik forma faktorunda dizayn edilmiş dünyanın ilk kalium-ion batareyasını istifadəyə verib. Bu batareya litium əvəz edə bilər.
Artıq smartfonları həftədə yalnız 1 dəfə şarj etmək kifayət edəcək!
Artıq smartfonları həftədə yalnız 1 dəfə şarj etmək kifayət edəcək!
“Apple” və “Samsung” şirkətlərini batareyalarla təmin edən şirkət, 100 dəfə daha yaxşı enerji sıxlığına malik batareya hazırlayıb.
İki dəfə çox enerji saxlayan “su batareyası” hazırlanıb!
İki dəfə çox enerji saxlayan “su batareyası” hazırlanıb!
Alimlər litium hüceyrələrindən daha çox enerji saxlaya bilən “su batareyası” hazırlayıblar. Alimlərin açıqlamasına görə, yeni batareya ənənəvi akkumulyatorlardan iki dəfə çox enerji saxlaya bilir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!