main-post-cover

    Dünyanın ilk litiumu əvəz edə biləcək 18650 kalium-ion batareyası təqdim edilib!

    Elm & Texnologiya
    06.08.2024
    Farid Pardashunas

         Texasda yerləşən Group1 startapı, geniş istifadə olunan 18650 silindrik forma faktorunda dizayn edilmiş dünyanın ilk kalium-ion batareyasını istifadəyə verib. Bu batareya litium əvəz edə bilər.

         Hazırlanmış kalium-ion batareyası (KIB), 18 mm diametri 65 mm uzunluğu ilə geniş istifadə olunan 18650 litium-ion batareyası ilə eyni forma faktoruna malikdir. Yeni batareya, ənənəvi litium-ion batareyalarının davamlı və iqtisadi cəhətdən səmərəli dəyişdirilməsinin yeni dövrünü başlada bilər. Kalium-ion batareyasının xüsusilə diqqət çəkən xüsusiyyəti onun effektiv performansıdır. Geniş sınaqlar onu göstərib ki, batareya, nəinki ilkin gözləntilərə cavab verir, həm də onları üstələyir.
         18650 kalium-ion batareyası, daha çox yayılmış litium ionlarından fərqli olaraq kalium ionlarından yük daşıyıcıları kimi istifadə edir. Nikel, kobalt, mis litium kimi kritik mineralları ehtiva etməyən KIB batareyaları, təchizat zəncirinin problemlərini həll edərkən ekoloji təsiri azaldır. Bunun əvəzinə, qrafit anodları, separatorlar elektrolit formulaları da daxil olmaqla, ümumi mövcud komponentlərdən istifadə edir. Kalium-ion batareyalarının digər üstünlüyü onların mövcud litium-ion batareya istehsal proseslərinə uyğun olmasıdır. Şirkət, həmçinin iddia edir ki, bu texnologiya LiFePO4 (LFP) litium-ion batareyalarınınatrium-ion batareyalarını (NIB) performans, təhlükəsizlik və qənaətcillik baxımından üstələyir.
         3.7V nominal gərginlikdə işləyən və beləliklə elektron cihaz və sistemlərə uyğun gələn yeni batareya, həmçinin 160-180Wh/kq enerji sıxlığına malikdir, bu da litium dəmir fosfat litium-ion batareyaları (LFP-LIB) ilə eyni səviyyədədir. Bu yüksək enerji sıxlığı batareyanın kütləsinə nisbətən əhəmiyyətli miqdarda enerji saxlaya biləcəyini göstərir. Şirkət, həmçinin üstün istifadə müddəti və əla boşalma qabiliyyəti təklif etdiklərini bildirsə də, konkret rəqəmləri paylaşmayıb. Əgər inkişaf etdirilən kalium-ion batareyaları ilə bağlı iddialar fiziki dünyada reallaşsa, zamanla onların elektrikli nəqliyyat vasitələrində istifadə edildiyini görə bilərik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elektromobil batareyalarındakı müəyyən kimyəvi birləşmələr insan sağlamlığına zərər vururlar
    elektromobil-batareyalarindaki-mueyyen-kimyevi-birlesmeler-insan-saglamligina-zerer-vururlar
    Artıq smartfonları həftədə yalnız 1 dəfə şarj etmək kifayət edəcək!
    artiq-smartfonlari-heftede-yalniz-1-defe-sarj-etmek-kifayet-edecek
    İki dəfə çox enerji saxlayan “su batareyası” hazırlanıb!
    iki-defe-cox-enerji-saxlayan-su-batareyasi-hazirlanib
    Toshiba dəqiqələr ərzində şarj olunan yeni növ litium-ion batareya hazırlayıb
    toshiba-deqiqeler-erzinde-sarj-olunan-yeni-nov-litium-ion-batareya-hazirlayib