Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
Elm & Texnologiya
10.05.2024
Sabina Rustamli
Bütün dünyada elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payı rekord göstəricidə artıb. Söhbət, 33%-lik artımdan gedir. Əsas artımı Günəş və külək enerji mənbələri sərgiləyiblər. Proqnozlara əsasən artıq 10 ildən sonra elektrik enerjisi istehsalında təbii yanacaq növlərinə tələbat sıfıra enəcək. Ember adlı müstəqil analitik mərkəzin hesabatına əsasən 2023-cü il bərpa olunan energetika üçün dönüş nöqtəsi olub. Belə ki, Günəş elektrostansiyaları vasitəsilə istehsal edilən elektrik enerjisinin həcmi 23%, külək elektrostansiyaları vasitəsilə istehsal edilən elektrik enerjisinin həcmi isə 10% yüksəlib. Bununla belə kömür və qaz kimi təbii yanacaq növlərinin istifadəsi ilə istehsal edilən elektrik enerjisinin həcmi cəmi 0.8% yüksəlib. Bərpa olunan enerji mənbələrinin energetika sahəsindəki paylarının bu dərəcədə artması indiyədək görülməmiş bir haldır.
Qeyd etmək lazımdır ki, hələ 2000-ci ildə dünyanın elektrik enerjisi istehsalının 19%-i bərpa olunan enerji mənbələrinin payına düşürdü. Lakin son 20 il ərzində vəziyyət tamamilə dəyişdi. Analitiklərin proqnozlarına əsasən növbəti 10 il ərzində dünya yeni dövrə giriş edəcək və həmin dövr çərçivəsində təbii yanacaq növlərinin dominantlıqları sıfıra enəcək. Bərpa olunan energetika sahəsinin sürətli şəkildə yüksəliş səbəbləri aydındır. İlk növbədə Günəş panelləri ilə külək turbinlərinin qiymətləri aşağı düşür. İkincisi, daha çox ölkə yaşıl energetika sahəsinin inkişafı yolunda sərt ekoloji normaları tətbiq edir. Üçüncüsü isə yaşıl energetikaya sürətli keçid mövzusunda hökumətlərə və şirkətlərə ictimai təzyiq göstərilir.
Bütün bunlara baxmayaraq bərpa olunan enerji mənbələrinin bazarda tamamilə dominant mövqeyə sahib olmalarını qeyd etmək hələ çox tezdir. 2023-cü ildə bütün dünyada hidroelektrik enerjinin istehsalı 5 illik minimuma endi. Bu enmə isə öz növbəsində kömür və qaz hesabına kompensasiya olundu. Bundan əlavə olaraq elektrik enerjisinə qlobal tələbat hər il təqribi olaraq 2% artır. Bu tələbatın isə tamamilə yaşıl energetika vasitəsilə qarşılanması üçün Günəş və külək enerji mənbələrinə külli miqdarda investisiyalar yatırmaq lazım gələcək. Bununla belə ümumi tendensiya ondan ibarətdir ki, dünya bərpa olunan energetika gələcəyinə doğru dayanmadan irəliləyir. Ember analitik mərkəzinin proqnozlarına əsasən növbəti onilliklərdə təbii yanacaq növlərindən istifadə halları azalacaq. Bu isə öz növbəsində atmosferə parnik qazlarının ifrazı hallarını aşağı salacaq.
Linki kopyala
gunes enerjisi
science
science news
renewable energy sources
elmi xeberler
berpa olunan enerji menbeleri
kulek enerjisi
Bənzər xəbərlər
Oxşar xəbərlər
Termonüvə rekordu: 50 milyon dərəcə Selsi temperaturlu plazmanı rekord müddət ərzində saxlamaq mümkün olub
Termonüvə rekordu: 50 milyon dərəcə Selsi temperaturlu plazmanı rekord müddət ərzində saxlamaq mümkün olub
Fransanın WEST adlı tokamakı (termonüvü sintezi prosesində plazmanın maqnit vasitəsilə saxlanması üçün qurğu) yeni rekorda imza atıb.
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Alimlər potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Astrophysical Journal adlı nəşriyyatda dərc edilmiş tədqiqata əsasən kəşf edilmiş ekzoplanet eyni anda bir neçə rekorda imza atıb.
Parçalanması üçün tərkibində bakteriyalara sahib yeni növ plastik material yaradılıb
Parçalanması üçün tərkibində bakteriyalara sahib yeni növ plastik material yaradılıb
Mikrobioloqlar geniş şəkildə yayılmış bəzi plastik növlərini həzm edə bilən bir neçə bakteriya ştamını müəyyən ediblər.
Çiy ət məhsullarının tərkiblərində antibiotiklərə dözümlü olan bakteriyalar aşkar edilib
Çiy ət məhsullarının tərkiblərində antibiotiklərə dözümlü olan bakteriyalar aşkar edilib
Mağazalarda satılan çiy ət məhsulları və o cümlədən heyvanlar üçün nəzərdə tutulmuş bəzi yemlər özlərində ciddi təhlükəni birləşdirə bilərlər.
Təqdim edilən yeni termonüvə cihazı ilə Günəşin temperaturundan daha yüksək temperatur əldə oluna bilib!
Təqdim edilən yeni termonüvə cihazı ilə Günəşin temperaturundan daha yüksək temperatur əldə oluna bilib!
ABŞ-da yerləşən Zap Energy, Z pinch termonüvə cihazı ilə Günəşin temperaturunu keçdiyini və ənənəvi termonüvə cihazlarından çox daha ucuz və sadə bir şəkildə 37 milyon dərəcəyə çatdığını bildirib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!