main-post-cover

    Çində uğurla insan beyninə implant yerləşdirilib

    Elm & Texnologiya
    17.06.2025
    Emil Nəcəfov
         ABŞ, iflic olmuş insanların kompüteri birbaşa düşüncə vasitəsilə idarə etməsinə imkan verən beyin implantlarının hazırlanmasında yeganə ölkə deyil. Bu sahədə ən çox tanınan layihə Elon Musk-ın rəhbərlik etdiyi Neuralink startapıdır. Lakin son vaxtlar Çin də insan beyninə neyroimplantın yerləşdirilməsi ilə bağlı klinik sınaqları uğurla həyata keçirib. Bu barədə Global Times nəşrinə istinadən Bloomberg məlumat verib və vurğulayıb ki, Çin bu istiqamətdə uğur qazanan ikinci ölkə olub. Verilən məlumata görə, 4 ətrafı iflic olmuş bir pasient bu ilin mart ayında beyin implantı əməliyyatı keçirib. Hazırda o, kompüter oyunlarında, o cümlədən yarış simulyatorlarında və şahmatda siçan kursorunu idarə etməyi bacarır.
         Əməliyyat beyin problemlərini araşdıran Şanxay Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb. Çin mənbələrinin bildirdiklərinə görə, hazırda Çində hazırlanmış beyin implantı dünyanın ən kompakt implantıdır. Onun diametri 26 mm, gövdəsinin qalınlığı isə 6 mm-dir. Çinli mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu implant istifadə baxımından Neuralink həllindən 100 dəfə daha çevikdir. Növbəti mərhələdə Çin alimləri pasienti düşüncə gücü ilə robotik manipulyatoru idarə etməyə - əşyaları tutmağa və içki olan stəkanı saxlamağa - öyrətməyi planlaşdırırlar. Hər şey plan üzrə getsə, bu beyin implantı Çin tənzimləyici qurumları tərəfindən təsdiq alacaq və təxminən 2028-ci ildə bazara çıxarılacaq.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İsraildə tənəffüs əsasında şəxsiyyətin təyini sistemi hazırlanıb
    israilde-teneffus-esasinda-sexsiyyetin-teyini-sistemi-hazirlanib
    NVIDIA CEO-su robotların və avtonom maşınların onilliyini elan edib
    nvidia-ceo-su-robotlarin-ve-avtonom-masinlarin-onilliyini-elan-edib
    SpaceX Avropanın kosmik sahəsini tamamilə zəbt edə bilər
    spacex-avropanin-kosmik-sahesini-tamamile-zebt-ede-biler
    Avropa Mars uçuşları üçün nüvə mühərrikləri üzərində çalışır
    avropa-mars-ucuslari-ucun-nuve-muherrikleri-uzerinde-calisir
    ABŞ-da hava hərəkətinin idarəsində hələ də disketlərdən və Windows 95-dən istifadə edilir
    abs-da-hava-hereketinin-idaresinde-hele-de-disketlerden-ve-windows-95-den-istifade-edilir