main-post-cover

    Çində dünyanın ən güclü günəş elektrostansiyası inşa ediləcək

    Elm & Texnologiya
    04.07.2024
    Emil Nəcəfov
         Çində dünyanın ən güclü günəş elektrostansiyası inşa ediləcək. Bu barədə məlumatı China Three Gorges Renewables Group şirkəti verib. Şirkət bildirib ki, sözügedən günəş elektrostansiyasının inşasına bu ilin sentyabr ayında start veriləcək. Məlumata əsasən bu günəş elektrostansiyasının inşası 11 milyard dollara başa gələcək və o, Pekin, Tyantszin və Hebei şəhərlərini elektrik enerjisi ilə təmin edəcək.
           Bu günəş elektrostansiyası ümumilikdə 8 giqavat elektrik enerjisi istehsal edə biləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda Çində yerləşən dünyanın 3 ən böyük günəş elektrostansiyasından hər biri ümumilikdə 3 giqavat elektrik enerjisi istehsal edir. İnşası planlaşdırılan yeni günəş elektrostansiyası Çinin muxtar rayonu olan Daxili Monqolustanda inşa ediləcək. Elektrostansiyanın inşasının sonlanması və istifadəyə verilməsi 2027-ci il üçün planlaşdırılır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Damda quraşdırılmış ənənəvi günəş panellərindən daha çox enerji istehsal edə bilən pəncərələr hazırlanıb!
    damda-qurasdirilmis-enenevi-gunes-panellerinden-daha-cox-enerji-istehsal-ede-bilen-pencereler-hazirlanib
    İspan qəbiristanlıqları artıq Günəş elektrik stansiyalarına çevrilir!
    ispan-qebiristanliqlari-artiq-gunes-elektrik-stansiyalarina-cevrilir
    Çin, yaşıl hidrogen istehsalında dünyanın bütün ölkələrini geridə qoyur!
    cin-yasil-hidrogen-istehsalinda-dunyanin-butun-olkelerini-geride-qoyur
    Çin, dünyanın ən böyük Günəş elektrik stansiyasını istifadəyə verib!
    cin-dunyanin-en-boyuk-gunes-elektrik-stansiyasini-istifadeye-verib
    Təqdim edilən yeni termonüvə cihazı ilə Günəşin temperaturundan daha yüksək temperatur əldə oluna bilib!
    teqdim-edilen-yeni-termonuve-cihazi-ile-gunesin-temperaturundan-daha-yuksek-temperatur-elde-oluna-bilib