main-post-cover

    Damda quraşdırılmış ənənəvi günəş panellərindən daha çox enerji istehsal edə bilən pəncərələr hazırlanıb!

    Elm & Texnologiya
    21.06.2024
    Farid Pardashunas

         Binaya inteqrasiya olunmuş fotovoltaiklər və ya BIPV kimi təyin olunan günəş panelləri sürətlə inkişaf etməyə davam edir. Yeni pəncərəyə inteqrasiya olunmuş günəş panelləri damda quraşdırılmış günəş panellərilə müqayisədə daha çox elektrik enerjisi istehsal edə bilir.

         Son zamanlar binaya inteqrasiya olunmuş fotovoltaiklər və ya BIPV adlandırılan günəş panellərində artım müşahidə olunur. Bu sahədə ən son inkişaf İspaniyanın BIPV istehsalçısı SolReina-dan gəlir. Şirkət tərəfindən istehsal edilən istilik və akustik izolyasiyalı şüşəyə inteqrasiya olunmuş BIPV panelləri, ənənəvi dam tipli qurğulardan daha çox elektrik enerjisi istehsal edə bilir.
         SolReina-nın yeni həlli "günəş pəncərəsi" olaraq qarşımıza çıxır və şirkət bunun pəncərənin ənənəvi tərifindən kənara çıxan bir məhsul olduğunu bildirir. Pəncərələr istilik və akustik izolyasiya edilmiş panellərdən ibarətdir və xarici səthlərdə də istifadə edilə bilər. Pəncərələrdə mexaniki gərginliyə və temperatur dəyişikliyinə davamlı olan yüksək dözümlülüyə sahib temperli şüşələrdən istifadə edildiyi bildirilir. Dizaynın ön hissəsində yüksək keçiricilik, aşağı əks etdirmə və aşağı dəmir tərkibli temperli günəş şüşəsi var. Kristal silisium hüceyrələrindən istifadə edən panellər, nəmdən qorunma kimi yaşlanma əleyhinə xüsusiyyətlərə də malikdir. Arxa tərəfində aşağı dəmir tərkibli temperli şüşə də var. SolReina-nın sözlərinə görə, pəncərələrin istiqaməti tənzimlənəbiləndir. Bu da, işıqdan asılı olaraq pəncərənin bucağını tənzimləməyə imkan verir. Şirkət, həmçinin arxitektura və ya tələbata uyğun olaraq pəncərə ölçülərini miqyaslandıra da bilər.
         Performans baxımından SolReina, özündən olduqca əmindir. Şirkətin sözlərinə görə, standart günəş pəncərəsi 150-225 Vt/m2 güc istehsal edə və isti günlərdə elektrikli kondisioner ehtiyacını 80%-ə qədər azalda bilər. Əsas diqqəti çəkən məqam isə odur ki, bu sistemlər tipik dam örtüyü qurğusundan 15% daha çox fotovoltaik enerji istehsal edə bilir. Ehtimal olunur ki, bu fərq dam qurğularının həddindən artıq istiləşməsi ilə bağlıdır. Pəncərələr hazırda İspaniyada istehsal olunur və bazara çıxarılır, lakin SolReina, tərəfdaşlıqlar vasitəsilə məhsulu Avropada satışa çıxarmağı hədəfləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İspan qəbiristanlıqları artıq Günəş elektrik stansiyalarına çevrilir!
    ispan-qebiristanliqlari-artiq-gunes-elektrik-stansiyalarina-cevrilir
    Çin, yaşıl hidrogen istehsalında dünyanın bütün ölkələrini geridə qoyur!
    cin-yasil-hidrogen-istehsalinda-dunyanin-butun-olkelerini-geride-qoyur
    Çin, dünyanın ən böyük Günəş elektrik stansiyasını istifadəyə verib!
    cin-dunyanin-en-boyuk-gunes-elektrik-stansiyasini-istifadeye-verib
    Təqdim edilən yeni termonüvə cihazı ilə Günəşin temperaturundan daha yüksək temperatur əldə oluna bilib!
    teqdim-edilen-yeni-termonuve-cihazi-ile-gunesin-temperaturundan-daha-yuksek-temperatur-elde-oluna-bilib
    Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
    kosmik-gunes-elektrostansiyasinin-islek-prototipi-hazirlanib