
Duzlu suda sürətlə parçalanan ekoloji plastik material hazırlanıb
Elm & Texnologiya
10.06.2025
Emil Nəcəfov
Son elmi araşdırmalar göstərir ki, plastiklə çirklənmə artıq hər yerdə baş verir. Mikroplastik insan beynində və digər orqanlarda aşkar edilib. Sakit okeanda plastik adası da daxil olmaqla, atılmış plastik məmulatların saysız-hesabsız miqdarı alimləri bu materiala tez parçalanan alternativ axtarmağa məcbur edir. Görünür, yapon alimləri bu sahədə dönüş nöqtəsinə ən çox yaxınlaşanlardır. RIKEN Yeni Materialların Tədqiqi Mərkəzindən və Tokio Universitetindən olan tədqiqatçılar yeni növ plastik material hazırlayıblar. Bu material neft əsaslı ənənəvi plastmaslardan möhkəmlik baxımından geri qalmır, lakin duzla təmas etdikdə ilkin komponentlərinə parçalanır.

Təbiətdə mövcud olan bakteriyalar isə bu komponentləri emal edir və nəticədə mikroplastik və ya nanoplastik qalıqlar geridə qalmır. Müasir bioparçalanan plastiklər təbiətdə tam şəkildə parçalanmır - heç olmasa, kifayət qədər qısa müddətdə. Yapon alimləri tərəfindən təqdim edilən yeni material isə duzlu suda cəmi 1 saat ərzində tamamilə həll olur, duzların da mövcud olduğu torpaqda isə nümunənin ölçüsündən asılı olaraq təxminən 200 saat ərzində parçalanır.
Bildirilir ki, bu material insan üçün toksik deyil, yanmaya davamlıdır və karbon qazı yaymır. Üzərinə örtük tətbiq edildikdən sonra isə adi plastik məmulatlar kimi funksional olur. Hazırda tədqiqat qrupu həmin örtüyün tətbiqi üçün optimal üsulun hazırlanmasına fokuslanıb ki, bu da materialın hələlik kommersiya istifadəsinə tam hazır olmadığını göstərir. Plastik tullantılar dünyada getdikcə artan ekoloji problemlərin əsas səbəblərindən biridir və planetimiz bu problemlərlə üz-üzə qalır. BMT proqnozlaşdırır ki, növbəti 15 il ərzində plastiklə çirklənmə səviyyəsi 3 dəfə artacaq və hər il dünya okeanına 23-dən 37 milyon tonadək tullantı düşəcək. Tamamilə parçalanan plastik isə heç olmasa bu problemin daha da dərinləşməsinin qarşısını ala bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Volvo ağıllı təhlükəsizlik kəmərləri hazırlayıb

Volvo ağıllı təhlükəsizlik kəmərləri hazırlayıb
İsveçin Volvo şirkəti hələ ötən əsrin 60-cı illərinin əvvəlində üçnöqtəli təhlükəsizlik kəmərlərini patentləşdirmişdi. Bu sistem sonrakı onilliklərdə dünya üzrə geniş şəkildə istifadə olunmağa başladı.
Blue Origin şirkəti Ayın mənimsənilməsi planını açıqlayıb

Blue Origin şirkəti Ayın mənimsənilməsi planını açıqlayıb
Jeff Bezos-a məxsus olan Blue Origin aerokosmik şirkəti Ayın mənimsənilməsi və insanın Yer peykində uzunmüddətli qalması ilə bağlı planları barədə bəzi detalları açıqlayıb.
Xiaomi öz elektromobilləri üçün fərdi prosessor üzərində çalışır

Xiaomi öz elektromobilləri üçün fərdi prosessor üzərində çalışır
Özünün 15 illiyini qeyd edən Xiaomi ötən ay Xring O1 və Xring T1 adlarını daşıyan, özünün hazırladığı iki mobil prosessoru təqdim etmişdi. Bu çiplər əsasən smartfonlar və taxıla bilən elektronika üçün nəzərdə tutulub.
NASA potensial həyatın axtarışı üçün yeni robotunu hazırlayıb

NASA potensial həyatın axtarışı üçün yeni robotunu hazırlayıb
NASA-nın Reaktiv Hərəkətlər Laboratoriyasının (JPL) mühəndisləri Europa Lander adlı robotu hazırlayıblar. Mühəndislər bu robot üzərində 10 il ərzində çalışıblar.
Həvəskar bloger ev şəraitində ən güclü əl lazerini hazırlayıb (VİDEO)

Həvəskar bloger ev şəraitində ən güclü əl lazerini hazırlayıb (VİDEO)
YouTube istifadəçiləri arasında Styropyro ləqəbi ilə tanınan amerikalı bloger Drake Anthony, ABŞ qanunvericiliyini pozan əl lazer silahını yığıb və sınaqdan keçirib.
Həftənin xəbərləri

